Bu gün...
Yıldırım: "Bərzani əfəndi anlamadı, eybi yox, anladarıq..."
Türkiyə Baş naziri Binəli Yıldırım İraqın şimalında müstəqil dövlət qurmaq məqsədilə sentyabrın 25-də keçirilək referendumla bağlı kürd rəhbərliyinə xəbərdarlıq edib.

facebook-paylas
Tarix: 23-09-2017 14:15
Yıldırım: "Bərzani əfəndi anlamadı, eybi yox, anladarıq..."

Baş nazir son dəfə Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə mesaj göndərib: “Əlbəttə, bunun bir cavabı olacaq. Ancaq bunu günahsız insanlar yox, referendum qərarını qəbul edənlər verəcək".

Baş nazir referendum qərarını yanlış və macəra adlandırıb: “Türkiyə dost ölkə olaraq öncədən bununla bağlı xəbərdarlıq etmişdi. Ancaq biz, bu xəbərdarlığın öz ünvanına çatmadığını görürük. Bu proses yanlış bir israrla davam edir”.

Baş nazir Yıldırım Bərzaniyə Şimali İraqdakı referendumla bağlı son dəfə mesaj verdiyini deyib:

"Bərzani əfəndi qalxıb “mən referendum keçirəcəyəm, müstəqillik istəyirəm” deyə bir sevdaya düşdü. Dedik ki, yanlış yoldasan, özünü məhv edecəksən. Sənin məhv olmağının bir ziyanı yoxdur, amma burada yaşayan insanlarla nə qərəzin var? Orada, o bölgədə yaşayan kürdlər, türkmanlar, ərəblər qardaşlıq içində yaşayırlar, bir-biriylə də bir alıb-verə bilmədikləri yoxdur. Niyə onların rahatlığını pozursan axı, bölücülük yaradırsan, gəl, bu sevdadan vaz keç. Ancaq o söz anlamaz ki! Anlamırsa da, eybi yox, anlayacağı dildə danışmağı da bilirik”.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 4 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI