Bu gün...
Yaxın Şərqdə qalmaq üçün.. - Amerikadan DƏHŞƏTLİ PLAN
Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müddətsiz hərbi mövcudluğa bəraət qazandırmaq üçün idarə olunan xaos vəziyyətini saxlamaq niyyətindədir.

facebook-paylas
Tarix: 05-04-2018 12:03
Yaxın Şərqdə qalmaq üçün.. - Amerikadan DƏHŞƏTLİ PLAN

“RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Moskvada keçirilən beynəlxalq təhlükəsizlik üzrə konfransda çıxışı zamanı Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov deyib.

“Möhkəm təəssürat yaranır ki, amerikalılar bu böyük geosiyasi məkanda idarə olunan xaos vəziyyətini saxlamağa çalışırlar. Bununla da ABŞ-ın regionda müddətsiz hərbi mövcudluğuna bəraət qazandırmaq istəyirlər”, - Lavrov qeyd edib.

Lavrov həmçinin bildirib ki, nüvə silahının istifadəsi imkanlarını artıran ABŞ-ın yeni nüvə doktrinası Rusiyada narahatlıq yaradır: “Vaşinqton strateji sabitlik sahəsində hərbi üstünlüyün təminatına və paritetin pozulması siyasətinə böyük əhəmiyyət verir. Raket əleyhinə müdafiə üzrə qlobal sisteminin genişləndirilməsi üzrə səylər, potensial artırılır və Rusiya sərhədlərinə yaxın ərazilərdə NATO-nun hərbi fəallığı güclənir. Nüvə silahının tətbiqi imkanlarının artırılması üzrə ABŞ-ın xətti dərin narahatlıq yaradır”.

Nazir həmçinin əlavə edib ki, kiberməkanda yaranan problemin NATO nizamnaməsinin 5-ci maddəsi (Bu maddə NATO-nun üzvlərindən birinə edilən hücumun bütün üzvlərə hücum kimi qiymətləndirilməsini nəzərdə tutur – red.) üzrə həlli cəhdləri müşahidə olunur.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 3 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI