Bu gün...
Xameneinin sünni liderə məktubu yayıldı – İlk dəfə
İranın Ali dini lideri Əli Xamenei sünni bəlucların ruhanisi Mövləvi Əbdülhəmid İsmayıl Zehinin ölkədə sünnilərə qarşı tətbiq edilən ayrı-seçkiliklə bağlı ona yazdığı məktubuna cavab verib.

facebook-paylas
Tarix: 07-09-2017 16:15
Xameneinin sünni liderə məktubu yayıldı – İlk dəfə

Belə ki, Xameneinin Mövləvi Əbdülhəmin məktubunu cavablandırması və məsələnin ilk dəfə olaraq mediada işıqlandırılması hamı üçün gözlənilməz olub. Məktubda deyilir ki, ölkənin dini lideri Mövləvi Əbdülhəmidin islam respublikasına və hakim sistemə sadiq qalmasından məmnundur və ona öz minnətdarlığını bildirir:

“İslam Respublikasının bütün orqan və qurumları dini maarifə və ölkə Konstitusiyasına əsasən, etnik mənsubiyyətindən, soyundan və məzhəbindən asılı olmayaraq, bütün İran vətəndaşları arasında hər hansı bir ayrı-seçkiliyə və bərabərsizliyə yol verməkdən çəkinməlidirlər. Bu onların borcudur. Biz, ciddi surətdə inanırıq ki, hamı çiyin-çiyinə verib bir-birinin yanında olmalı, vahid bir cərgədə irəliləyərək müsəlman İranın başı ucalığını düşünməli və onun izzətinin qorunub saxlanılmasına çalışmalıdır.

Hesab edirik ki, vətəndaşlar bu ölkənin düşmənlərinə və onların əlaltılarına bu vahid birliyi qırmağa və onlar arasına girib nifaq salmağa imkan verməyəcəklər. Ümid edirik ki, hamımız İran vətəndaşları olaraq islam təlimlərindən və ölkə Konstitusiyasından ilham alaraq, ölkənin inkişafı uğrunda hərəkət edəcək, milli mənafeyimizin təmin olunması və aramızdakı birlik və vəhdətin daha da möhkəmlənməsi uğrunda daha böyük addımlar atacaq, dini və milli vəzifəmiz qarşısında öz rolumuzu ifa edəcəyik”.

Qeyd edək ki, Mövləvi Əbdülhəmid İsmayıl Zehin bir müddət öncə İranın ali dini lideri Əli Xameneiyə məktub yazaraq, sünnilərə qarşı ayrı-seçkiliyin mövcud olduğunu bildirmişdi. İran əhalisinin 20 milyondan çoxunu sünnilər təşkil etsə də, onlar ölkənin 2, yaxud 3-cü dərəcəli vətəndaşları sayılır, yaşadığı əyalətlərdə belə rəsmi dövlət idarə və qurumlarda işə götürülməsinə qadağa qoyulur.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 9 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI