Bu gün...
Türkmanlar kürd referendumunu rədd etdi - Birlik mesajı
Türkman partiyaları Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqillik referendumunu boykot edib.

facebook-paylas
Tarix: 12-09-2017 16:50
Türkmanlar kürd referendumunu rədd etdi - Birlik mesajı

Belə ki, kürdlər referendumun keçiriləcəyi ərazilərə qədim türkman torpaqları olan Mosul, Kərkük və digər şəhərləri də daxil edib.

Artıq İran və Türkiyə referendumun keçirilməsini pisləyib, ABŞ isə referendumun zamanının düzgün seçilmədiyini elan edib. Bu gün isə İraq parlamenti ölkə ərazisində keçirilməsi planlaşdırılan referendumu qeyri-qanunu elan edib.

İraqdakı tarixi türkman torpaqlarında kürdlərin referendum keçirmək istəyinə türkman partiyaları birlikdə etiraz edib.

Əldə etdiyimiz məlumata görə, İraq Türkman Cəbhəsi, Türkmaneli Partiyası, Türkman Qərarı Partiyası, Türkman Xalq Partiyası, Türkman Vəfa Hərəkatı, İraq Türkman İslamçılar Birliyi, Millətçi Türkman Birliyi kimi öndə gedən qüvvələrin rəhbərlərinin iştirakı ilə Kərkük şəhərində konfrans keçirilib. Türkman partiyaları toplantıda referendumun boykot edilməsi haqqında qərar çıxarıblar.

İraq Türkman Cəbhəsinin nümayəndəsi, İraq parlamentinin Kərkükdən seçilən deputatı Həsən Turan, Kərkük Şəhər Məclisinin üzvü Əli Mehdi və İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi bu referendumun bölgədə vətəndaş müharibəsinin baş verməsinə səbəb olacağı haqda xəbərdarlıq ediblər.

İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi deyib ki, Türkman partiyaları istisnasız olaraq referendumu boykot etmək qərarı verib:

“Bu referendum İraqın ərazi bütövlüyünü təhlükə altına salır. Bu, bölgədə vətəndaş müharibəsinin başlaması üçün bir addımdır. Bu gün muxtariyyətdə məmurlar çoxdandır ki, əmək haqqı almır, iqtisadi vəziyyət çox pisdir. Bu halda biz nə üçün Kərkük, Tuzhurmatu və ya Diyaldəki məmurlarımızın, xalqımızın belə bir vəziyyətdə yaşamasını istəməliyik? Biz türkmanlar olaraq, bu referendumda iştirak etməyəcəyik”.

Qeyd edək ki, Kərkükdə bir araya gələn Türkman ictimai-siyasi təşkilatları Türkman xalqını bir araya gətirmək məqsədilə görüşlərini davam etdirmək haqda razılğa gəliblər.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



7 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI