Bu gün...
Turkman lider Azerbaycan xalqindan dəstək istədi: Bizə qarşı...
Kürd referendumu, xüsusilə, türkmanlar üçün böyük təhdiddir.

facebook-paylas
Tarix: 23-09-2017 14:46
Turkman lider Azerbaycan xalqindan dəstək istədi: Bizə qarşı...

Bu sözləri açıqlamasında İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi sentyabrın 25-də İraq kürd Muxtariyyətində keçiriləcək müstəqillik referendumuna münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu referendumu İraq və bölgə dövlətlərində parçalanmaya səbəb yaradacaq:

“Kürd referendumu gerçəkləşsə, bölgə bölünməyə doğru gedəcək. Burada savaş yaşana bilər. Bu referendum Türkiyənin, İranın, Səudiyyə Ərəbistanının təhlükəsizliyini sarsıtmaq imkanındadır. Üstəlik, bu dövlətlərin ərazi bütövlüyünün pozulma ehtimalı da var. Bu referendum İraqda böyük bölünməyə start verəcək. Bu isə hər şeydən öncə türkmanları maraqlandıran məsələdir. Çünki belə olacağı təqdirdə bu işdən ən ziyanlı çıxan məhz türkmanlar olacaqlar. Buna görə də biz İraqın ərazi bütövlüyünü və türkmanların mənafelərini düşünərək referendumun ləğv edilməsinin tərəfdarıyıq.

Kərkükün müdafiəsi milli müdafiədir. 1926-cı il Ankara anlaşmasını gündəmə gətirmək üçün hazırlıqlı olmaq lazımdır. Kərkükün bütün nəzarət nöqtələrinin PKK-ya verildiyi bir vaxtda insanların təhlükəsizliyinin necə qorunacağına cavab vermək bizim üçün çox çətindir. Tələb edirik ki, Bərzani və kürdlər bu referendumdan imtina etsinlər”.

Türkmanların çətin vəziyyətdə olduğunu söyləyən türkman lider Azərbaycandan da yardım istəyib:

“Şəxsən mən və bütün türkmanlar Azərbaycan xalqından məmnunuq. Azərbaycan parlamenti keçən dəfə Qənirə Paşayeva və digər millət vəkilləri vasitəsilə türkman məsələsini dilə gətirdilər. Arzu edərdik ki, Azərbaycan dövlət rəsmiləri də beynəlxalq aləmdə bizim problemlərimizi dilə gətirsinlər və mənəvi olaraq türkmanların yanında olduqlarını hamıya göstərsinlər”.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçiriləcək. Referendumun ən böyük əleyhdarı Türkiyə, İran və İraq hesab edilir. Bu ölkələr muxtariyyət lideri Məsud Bərzaninin referendum keçirəcəyi təqdirdə bu bölgəyə qarşı sərt təzyiqlərə start verəcəklərini bəyan ediblər. Artıq ABŞ da referenduma qarşı çıxdığını bildirib.

Bərzanini bütün bu proseslər boyunca dəstəkləyən yeganə ölkə məhz İsraildir.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 6 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI