Bu gün...
TÜRKİYƏDƏN MÜBARİZ İBRAHİMOVLA BAĞLI MÖHTƏŞƏM FİLM
Türkiyə və azərbaycanlı rejissorların birgə əməyi sayəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi şücaətli döyüş yolu ilə bağlı möhtəşəm film hazırlanıb.

facebook-paylas
Tarix: 08-04-2017 14:38
TÜRKİYƏDƏN MÜBARİZ İBRAHİMOVLA BAĞLI MÖHTƏŞƏM FİLM

Filmin rejissoru azərbaycandan olan rejissor Samir Kərimoğlu, ssenari müəllifi Rəşad Süleymanoğludur. Aktyor komandasında isə dünya üzrə məşhur aktyorlar birlikdə işləyiblər:

 

"Filmdəki səhnələr Mübariz İbrahimovun yaşadığı gerçək məkanlarda çəkilib. Artıq təqdimata hazır olan film 2018-ci ildə Türkiyənin əksər kinoteatrlarında nümayiş olunacaq. Qeyd edək ki, filmdə Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun 2010-cu ilin 18 iyun tarixində gecə saat 23:30 radələrində təkbaşına Azərbaycan və Ermənistan arasındakı bir kilometrlik minalanmış sahəni keçməsi, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini ilk həmlədə məhv etməsi, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşməsi, bunun nəticəsində düşməni ağır itkilərə məruz qoyması, onların zəif cinahlarını üzə çıxarması və onun səhər saatlarında qeyri-bərabər döyüşdə böyük rəşadətlər göstərərək qəhrəmancasına şəhid olması səhnələri yer alıb. Bundan başqa filmdə Mübarizin düşmənin üzərinə getməzdən əvvəl valideynlərinə yazdığı məktubun mətni də təqdim olunub.

 

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



7 + 2 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI