Bu gün...
Türkiyə üçün BÖYÜK TƏLƏ HAZIRLANIR
“Fərat Qalxanı” hərəkatı çərçivəsində Əl-Babın İŞİD-dən təmizlənməsindən sonra gözlər Rakka əməliyyatına çevrilib. Almaniya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyənin baş naziri Binəli Yıldırım Rakkadakı əməliyyata birbaşa qatılmayacağını, taktikı dəstək verəcəklərini bildirib.

facebook-paylas
Tarix: 22-02-2017 12:58
Türkiyə üçün BÖYÜK TƏLƏ HAZIRLANIR

Hərbi mütəxəssislər isə Türkiyənin əməliyyata birbaşa qatılmamasının haqlı səbəblərinin olduğunu söyləyir.

Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar bildirir ki, 2014-cü ilin iyunundan ABŞ-ın başçılıq etdiyi koalisiya və Rusiya İŞİD-ə qarşı mübarizə aparmasına baxmayaraq, təşkilat hələ də ayaqdadır:-

“Rakka İŞİD-in ən böyük müqavimət meydanıdır. Motivasiyası isə hələ də çox yüksəkdir. Əl-Bab və Mosul əməliyyatları da bunu sübut edir. İŞİD İraq ordusunun 6 diviziyası və Suriya ordusundan ələ keçirdiyi konvansionel silahlarla, həmçinin digər mənbələrdən ona verilən və öz imkanları ilə istehsal etdiyi silahlarla varlığını böyük ölçüdə qoruyub saxlayır”.

Abdullah Ağar bildirir ki, gizlədilsə belə, yalnız Mosul əməliyyatında İraq ordusu və peşmərgə güclərinin itkiləri minlərlə ölçülür: “Haşdi Şabi” təşkilatının cansız bədənləri meyitxanalar və soyuduculara sığmır. Və bütün bunlar İŞİD-in gücü və əlindəki silahlarla bağlıdır”.

Mütəxəssis qeyd edir ki, İŞİD-in de-fakto paytaxtı sayılan Rakkada vəziyyət tamamilə fərqli və mürəkkəbdir:

“ABŞ bu işi Demokratik Suriya Gücləri (DSG) adlandırdığı YPG/PKK ilə edə biləcəyinə inansaydı, Türkiyənin qapısını bir dəfə olsun belə döyməzdi. ABŞ hansı çətinliklə qarşı-qarşıya olduğunu çox yaxşı bilir. Artıq ssenarilər havada uçuşur. YPG/PKK ilə Türkiyənin eyni sırada olduğu bütün ssenarilərdə isə Türkiyə üçün həmişə böyük tələlər var”.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



7 + 3 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI