Bu gün...
Türkiyənin S-400-lərinin gizli hədəfi açıldı: Bakıya veriləcək, Ermənistan məhv ediləcək, Qarabağ...
Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması Qərbdə ciddi narahatlıq yaradır. Çünki NATO üzvü olan bir ölkənin Şimal Alyansının rəqibi ilə silah ticarəti narahatcılıq doğuran məqamdır. Bunu anlayışla qarşılamaq olar. Lakin Türkiyənin hədəfi doğrudanmı üzvü olduğu hərbi ittifaqdır?!

facebook-paylas
Tarix: 03-08-2017 14:00
Türkiyənin S-400-lərinin gizli hədəfi açıldı: Bakıya veriləcək, Ermənistan məhv ediləcək, Qarabağ...

Rusiyanın “İqtisadi xəbərlər” (ekomonist izvestia) portalı Ankaranın S-400 almasının əsas məqsədləriylə bağlı maraqlı iddia irəli sürüb.

Portal yazır ki, Türkiyə “Patriot” yox, məhz S-400 alır: “Halbuki, S-400-ün rəqibin silahlarını tanımaq mexanizmi yoxdur. Bu, onu göstərir ki, Türkiyənin hədəfində NATO, yaxud bu ittifaqın hansısa ölkəsi yoxdur. Hədəfdə Yunanıstanın olduğu deyilir, lakin doğrudanmı təkcə hədəf Afinadır?!”.

Portal Türkiyənin hədəfində Ermənistanın da olduğunu qeyd edib.

Bu iddia Rusiyadan alınan S-400-lərdən birinin Ermənistanla sərhədə yerləşdiriləcəyi xəbəri fonunda diqqət çəkir. Hətta ehtimallar var ki, Türkiyə aldığı S-400-lərdən bir divizionunu Azərbaycana versin.

Portal qeyd edir ki,“Heç kimə sirr deyil ki, Türkiyə və Azərbaycanın əməkdaşlığı çox dərindir. İrəvan S-400-lərdən birinin Ermənistan və İran arasında sıxılmış Naxçıvana yerləşdirilə biləcəyindən narahatdır. Bununla yanaşı, S-400-lər Türkiyəyə Ermənistanın hava məkanına nəzarət etməyə və Dağlıq Qarabağda baş verə biləcək müharibədə erməni aviasiyasını məhv etməyə imkan verəcək”.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



2 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI