Bu gün...
Türk siyasətçilərini əngəlləyən Almaniya Frankfurtda PKK-nın mitinqinə icazə verdi
Türk siyasətçilərinə Almaniyanın Frankfurt şəhərində seçim kampaniyası keçirməsinə icazə verməyən rəsmi Berlin, dünən eyni şəhərdə PKK terror təşkilatının mitinq keçirməsinə icazə verib.

facebook-paylas
Tarix: 19-03-2017 15:09
Türk siyasətçilərini əngəlləyən Almaniya Frankfurtda PKK-nın mitinqinə icazə verdi

Belə ki, Novruz  bayramı bəhanəsi ilə bir araya gələn PKK terrorçuları Almaniyanın Frankfurt şəhərində aksiya keçiriblər. Avropada da terrorçu kimi tanınan PKK lideri Abdullah Öcalanın fotolarının qaldırıldığı mitinqə heç bir müdaxilə edilməyib.

Frankfurt şəhərinin mərkəzindəki fərqli nöqtələrdə görüşən PKK tərəfdarları, polisin mühafizəsi ilə mitinq – yürüşü həyata keçirib.Aksiya zamanı  PKK-lılar tez-tez Türkiyə əleyhinə şüarlar bağırıblar.

 

Alman polisinin verdiyi rəqəmlərə görə, təxminən 9 min nəfərin iştirak etdiyi nümayişdə təhlükəsizlik səbəbilə bəzi prospektlər nəqliyyatın hərəkətinə bağlanılıb.

Halbuki, bir neçə gün öncə, alman hökuməti PKK ilə bağlı 1993-ci ildən bəri qüvvədə olan qadağaların miqyasını genişləndirdiyini bildirmişdi. Qərara görə, PKK-nın simvolları ilə  yanaşı  terrorçubaşı Abdullah Öcalanın plakat və ya rəsmlərindən istifadəyə qadağa qoyulmuşdu. Göründüyü kimi, Almaniya hökuməti nə bu qadağaları həyata keçirmək, nə də PKK terror təşkilatına verdiyi dəstəkdən vaz keçmək fikirində deyil.

Qeyd edək ki, PKK terror təşkilatına yürüş mitinq keçirməyə icazə verən Almaniya hökuməti son 3 gündə türk rəsmilərin seçicilərlə keçirmək istədiyi 4 görüşü yasaqlayıb.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



6 + 9 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI