Bu gün...
Traxtur” klubundan son məlumat
İran super liqa yarışları 11-ci həftəyə yaxınlaşır, lakin hələ də səhənd stadionunda təmir işləri yekunlaşmayıb və “Traxtur” öz rəqiblərini bu stadionda qəbul edə bilmir. Bu vəziyyət isə “Traxtur” tərəfdarlarının kəskin etirazına səbəb olub.

facebook-paylas
Tarix: 19-11-2016 18:07
Traxtur” klubundan son məlumat

Məlumata görə, “Traxtur” noyabrın 18-də Şirazın “Bərq-i cədid” komandasını xüsusi stadionunda qəbul edib. Oyun zamanı “Traxtur” tərəfdarları səhənd stadionunun bu günə qədər istifadəyə verilmədiyi üçün dəfələrlə şüarlar səsləndirib və bu vəziyyətə öz etirazlarını bildiriblər.

İran kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən qarşılaşma 2:0 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

Başqa bir xəbərə görə, “Traxtur” klubunun müdir-amili təmsil etdiyi komandaya qarşı gizli planların olduğunu qeyd edib. “Traxtur” klubunun mətbuat imkanlarının məhdud olduğunu deyən Mustafa Acurlu bildirib ki, bütün işlər “Traxtur”un çempion olmamasına hesablanıb. “İnsanlar mənə deyir ki, “bizim çempion olmamızı istəmirlər”. Təbii ki, mən istəməzdim belə bir təsəvvürdə olum. Lakin həqiqət budur ki, görünməyən bir iradə bizim çempion olmağımız istəmir. Ama gəlin ümid edək ki, bu belə deyil”- deyə klub rəsmisi bildirib.

Güney Azərbaycan Şərq Vilayətinin Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi isə yaxın günlərdə səhənd stadionunun istifadəyə veriləcəyi barədə açıqlama verib. “Səhənd stadionu meydançasının ot örtüyü təxminən hazır vəziyyətə gətirilib. İcraçılara(peymankar) isə stadionun istifadəyə verilməsi üçün lazımi göstəriş verilib, noyabrın 25-də “Traxtur”la “Səba” komandalarının görüşü kəsinliklə səhənd stadionunda keçiriləcək”- deyə Cəmişid Nəzmi vurğulayıb.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI