Bu gün...
Trampın bu çıxışı Putinə hədiyyə idi - Piontkovski
ABŞ Prezidenti Donald Trampa Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə imkan verilməyəcək.

facebook-paylas
Tarix: 06-04-2018 13:50
Trampın bu çıxışı Putinə hədiyyə idi - Piontkovski

Bunu “İnforesist” portalına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Trampın Putinlə görüşmək imkanlarını açıqlaması hansısa görüşə ciddi hazırlığın getməsi anlamına gəlmir. Bunu Trampın müşavirlərinin çıxışından da görmək olar. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmasterin Atlantik Şurasının 100 illiyi münasibəti ilə etdiyi çıxış buna sübutdur. Orada elə fikirlər səsləndir ki, SSRİ ilə soyuq müharibənin pik vədəsində belə şeylərə rast gəlmək mümkün olmayıb.

Trampın Suriyadan ABŞ ordusunun çıxması barədə çıxışı Putin üçün hədiyyə idi. Putin nədənsə buradakı kiçik neft zavodunu ələ keçirməkdə israrlıdır. Halbuki o burada özünün 300 muzdlusunu itirib”, – deyə o bildirib.

Qeyd edək ki, Tramp 20 martda prezident seçkisində qələbə münasibətilə etdiyi təbrik zəngində Putini Ağ Evə dəvət etmişdi.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



2 + 2 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI