Bu gün...
Trampdan Hitler taktikası – General açıqladı
Hazırda ABŞ hərbi gəmisi Suriya sahillərində, Tartus hərbi bazasının yüz kilometrliyində özünə yer edib. Bu, çox təhlükəli situasiyadır.

facebook-paylas
Tarix: 10-04-2018 11:36
Trampdan Hitler taktikası – General açıqladı

 Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini, Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan generalı Vladimir Cabarov deyib.

“Vaşinqtonda oturanlar bir az sakitləşməlidirlər. Ona görə ki, Suriyadakı hərbi konflikt yaxşı heç nə ilə bitməyəcək. Hərbi konflikt üçün mövcud olmayan kimyəvi hücumdan bəhanə kimi istifadə etmək sadəcə provokasiyaya bənzəyir. Bu situasiya Qlyayvits insidentinə bənzəyir. Biz artıq Amerikanı Suriyaya hücumla bağlı xəbərdar etmişik”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriya hakimiyyətinin kimyəvi hücumuna ən geci 48 saat ərzində hərbi cavab veriləcəyini açıqlayıb.

Və sonda tarixi xatırlatma:- Qlyayvits insidenti 1939-cu ilin 31 avqustunda baş verib. Nasist Almaniyasının hərbçiləri polyak paltarında Qlyayvits şəhərindəki alman radiostansiyasına hücum ediblər. Alman kəşfiyyatının səhnələşdirdiyi bu olayın səhərisi gün alman ordusu Polşaya girib və bununla İkinci Dünya müharibəsinə start verilib.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



2 + 4 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI