Bu gün...
Tramp ona verilən mətni oxumadı, istədiklərini dedi - Aləm bir-birinə DƏYDİ
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı öz məsləhətçilərinin sözünə baxmayıb. Bu haqda Amerika liderinin yüksək vəzifəli məsləhətçiləri “Los Angeles Times” nəşrinə danışıblar.

facebook-paylas
Tarix: 23-09-2017 14:31
Tramp ona verilən mətni oxumadı, istədiklərini dedi - Aləm bir-birinə DƏYDİ

Məlumata görə, prezidentə bir gün əvvəl verilən çıxışın qaralama variantında Şimali Koreya və onun lideri Kim Çen Inın ünvanına deyilən ifadələr yer almamışdı. Söhbət “raket insan” və “tamamilə məhv etmək” ifadələrindən gedir.
Məsləhətçilərin sözlərinə görə, onlar Trampdan xahiş ediblər ki, öz çıxışında Koreya Xalq Demokratik Respublikasının liderinin ünvanına təcavüzkar ritorikadan çəkinsin.
“Belə ciddi səviyyədə təhqirlər ABŞ və Şimali Koreya arasında gərginliyə gətirib çıxara və danışıqların aparılması ehtimalını tamamilə aradan qaldıra bilər”, - məsləhətçilər Trampa xəbərdarlıq ediblər.
Qeyd edək ki, Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrin gedişatında çıxışı zamanı Şimali Koreyanı liderini “raket insan” adlandırıb. Bundan başqa, o Şimali Koreyanı məhv etməklə hədələyib.
“Birləşmiş Ştatlar böyük gücə və səbrə malikdir. Amma əgər özümüzü və müttəfiqlərimizi müdafiə etmək lazım olarsa, Şimali Koreyanı məhv etməkdən başqa seçimimiz qalmayacaq”, - Amerika lideri bildirib.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 1 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI