Bu gün...
"Torpaqlar ikinci məsələdir" - Azərbaycan bu yolla düşməni diz çökdürür
“Azərbaycan Dağlıq Qarabağda tammiqyaslı hərbi addımlara getmədən belə, istədiyinə nail olur”.

facebook-paylas
Tarix: 11-08-2017 12:27
"Torpaqlar ikinci məsələdir" - Azərbaycan bu yolla düşməni diz çökdürür

 Ermənistan mediasının verdiyi xəbərə görə, bu barədə “Vivendi Modus” mərkəzinin rəhbəri, politoloq Ara Papyan deyib.

Onun sözlərinə görə, Azərbaycan lokal əməliyyatlarla müharibənin köhnəlməsinə imkan vermir.

“Bunun nəticəsində Ermənistan və Qarabağdan köç axını güclənib. Bu, Azərbaycanın ən böyük qələbəsidir. Torpaqlar ikinci məsələdir, birinci məsələ insanlardır, çünki torpağı onlar müdafiə edir”.

Papyan silahlanma haqda danışarkən, Ermənistanın “İskəndər” raketlərindən istifadə edə bilməyəcəyini də deyib: “İskəndər” son silahdır, yəni ondan yalnız heç bir alternativ qalmayanda istifadə edilə bilər. Əminəm ki, Ermənistanın “İskəndər”lərdən istifadə etməsi üçün vəziyyət yaranmayacaq”.

Erməni politoloq qeyd edib ki, hərbi qarşıdurmanın davam etməsi Xankəndinin üzərində bayrağın dəyişməsi ilə nəticələnəcək.

“Ermənistanda bunu anlayırlar. Sülhün saxlanılması paritetin saxlanılmasıdır. Başqa çıxış yolu yoxdur. Erməni tərəfi yaxşı anlayır ki, müharibə Xankəndi üzərində bayrağın dəyişməsi ilə nəticələnəcək”.

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



3 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI