Bu gün...
Tomohawk” raketləri daşıyan daha bir Amerika gəmisi Suriyaya yaxınlaşır, hədəf Rusiya aviabazasıdır
ABŞ hərbi donanmasının “Tomohawk” raketləri ilə silahlanmış daha bir hərbi gəmisi Suriya sahillərinə doğru istiqamət alıb. “Wall Street Journal” xəbər verir ki, “USS Porter” esminetsi yaxın bir-iki günə Suriya sahillərinə çatmalıdır.

facebook-paylas
Tarix: 10-04-2018 08:52
Tomohawk” raketləri daşıyan daha bir Amerika gəmisi Suriyaya yaxınlaşır, hədəf Rusiya aviabazasıdır

Bundan əvvəl ABŞ donanmasının “USS Donald Cook” esminetsinin Kiprdəki bazadan çıxaraq Suriya sahillərinə istiqamət aldığı, Rusiya hərbi bazasının yerləşdiyi Tartusun 100 kilometrliyində manevr etdiyi xəbər verilmişdi.

Xəbər verildiyi kimi aprelin 7-də Dəməşq yaxınlığındakı şərqi Quta qəsəbəsində Əsəd rejiminin kimyəvi silah işlətməsinə cavab olaraq ABŞ Suriya rejimini cəzalandıracağını bəyan edib. Ötən gün açıqlanmışdı ki, prezident Donald Tramp bu məsələdə 48 saat ərzində qərar verəcək. Tramp bəyan edib ki, kimyəvi silah hücumuna görə Əsəd rejimi ilə yanaşı onu dəstəkləyən Rusiya və İran da məsuliyyət daşıyır. Və ABŞ prezidenti ilk dəfə Rusiya prezidentini birbaşa hədəf alaraq Putinin baş verənlərə görə cavab verməli olacağını bildirib.

Hələlik Pentaqon və Dövlət Departamenti Suriya rejiminin kimyəvi silah işlətməsinə cavab olaraq hansı tədbirlərin görüləcəyini şərh etmir. Lakin çoxsaylı mənbələr hərbi variantın masa üzərində olduğunu bildirir. “Reuters” ABŞ hökumətindəki mənbəyə istinadən xəbər veririk, Birləşmiş Ştatlar kimyəvi silah hücumuna cavab olaraq beynəlxalq hərbi cavab tədbirlərini nəzərdən keçirir. Mənbə konkret planı açıqlamayıb, ancaq deyib ki, hədəflər əvvəllər də kimyəvi silah hücumu üçün istifadə edilən obyektlər ola bilər.

“Reuters” ehtimal olunan hədəflər arasında Latakiya əyalətindəki Hmeymim aerodromunun da olduğunu bildirir. Həmin aerodromda Rusiya aviabazası yerləşir. Agentlik xatırladır ki, Ağ ev ötən ay martın 4-də Rusiya bombardmançılarının Hmeymimdən qalxaraq şərqi Qutanı bombaladığını vurğulayıb.

Ekspertlərə görə ABŞ-ın Suriya rejiminə qarşı hərbi əməliyyatlarına Fransa, Böyük Britaniya, Yaxın Şərqin bəzi ölkələri də qatıla bilər.

Ötən gecə BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi silah tətbiqi ilə bağlı təcili toplantı keçirib. ABŞ-ın BMT-dəki xüsusi nümayəndəsi Nikki Heyli Vaşinqtonun cavab tədbirləri görəcəyini bildirib. Rusiya səfiri Vasili Nebenzya isə bildirib ki, əgər Vaşinqton Suriya hökumət qüvvələrinə zərbə endirsə bunun “ciddi nəticələri” ilə qarşılaşmalı olacaq.

Rusiya şərqi Qutada kimyəvi silah işlədilməsini qəti təkzib edir və bu barədə yayılan məlumatları “uydurma”, foto və video dəlillərini isə “qurama” adlandırır. Hərçənd çoxsaylı mənbələr müxalifətin nəzarətində olan bu qəsəbədə zarin qazının tətbiqi nəticəsində 150-yə qədər adamın öldüyünü, yüzlərlə dinc sakinin ağır vəziyyətdə olduğunu bildirir.
 
TAM XƏBƏR



Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



8 + 6 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI