Bu gün...
Tarixdə əbədi iz buraxanlar Ziya Gökalp
Böyük türk filosofu və miliyyətçisi Ziya Gökalp 23 mart 1876-cı ildə Diyarbəkirdə anadan olub. Əsl adı Məhməd Ziyadır. Atası Müftüzadə Tofiq bəy, anası Pirinczadə Zəliha xanımdır.

facebook-paylas
Tarix: 23-03-2017 06:45
Tarixdə əbədi iz buraxanlar Ziya Gökalp

Zi­ya Gö­kalp oxu­yan, ya­zan zi­ya­lı bir ata­nın öv­la­dı idi. Onun ata­sı Di­yar­bə­kir vi­la­yə­ti­nin rəs­mi or­qa­nı olan "Di­yar­bə­kir" qə­ze­ti­nin baş ya­za­rı, və­tən­se­vər bir adam olub. O, Na­miq Ka­ma­la hey­ran idi. Şüb­hə­siz, be­lə bir ata­nın öv­la­dı an­caq Zi­ya Gö­kalp ki­mi ola bi­lər­di. Zi­ya Gö­kal­pın və­tən və mil­lət sev­gi­si­nin, aq­res­siv və dü­rüst ol­ma­sı­nın və mü­kəm­məl bir təd­qi­qat­çı xü­su­siy­yə­ti­nin əsa­sın­da ata­sın­dan al­dı­ğı tər­bi­yə var idi.

Zi­ya Gö­kalp Di­yar­bə­kir hər­bi or­ta mək­tə­bin­də oxu­du­ğu za­man­dan mil­lət eş­qi­lə dol­ma­ğa baş­la­yıb, mil­lə­ti pad­şah­dan üs­tün tut­ma dü­şün­cə­si­ni bir hə­rə­ka­ta dö­nüş­dü­rüb. Bir gün o, mək­təb tən­tə­nə­lə­rin­də bir döv­lət prin­si­pi ola­raq söy­lə­nən "Pad­şa­hım, çox ya­şa" söz­lə­ri­nin ye­ri­nə, "Mil­lə­tim, çox ya­şa" - de­yə ba­ğı­rıb və bu dü­şün­cə­si­nin çi­lə­si­ni gənc yaş­la­rın­dan çək­mə­yə baş­la­yıb.

Zi­ya Gö­kalp qey­ri-adi bir zə­ka­ya sa­hib olub. O, müs­tə­qil şə­kil­də fran­sız­ca öy­rə­nib. Əmi­sin­dən ərəb və fars dil­lə­ri haq­qın­da dərslər alıb. İs­lam ta­ri­xi və iba­dət möv­zu­la­rın­da təd­qi­qat­lar­da iş­ti­rak edib. Sıx zeh­ni fə­a­liy­yət­lər gənc Zi­ya­nı zeh­ni­ni yo­rur­du. Onun ruhu və zeh­ni gü­cü elə bir və­ziy­yə­tə dü­şüb ki, bir ara o, in­ti­ha­ra tə­şəb­büs edib. Da­ha son­ra hə­ya­ta ye­ni­dən sa­rı­lıb və yük­sək təh­sil al­maq üçün İs­tan­bu­la ge­dib. Ora­da "Bay­tar mək­tə­bi-ali­si­nə," yə­ni ali bay­tar­lıq mək­tə­bi­nə da­xil olub. Bu mək­təb­də Əb­dül­hə­mid xa­nın rəh­bər­li­yi­nə qar­şı fə­a­liy­yət gös­tə­rən giz­li bir cə­miy­yət­də fə­a­liy­yə­tə baş­la­dıq­da mək­təb­dən qo­vu­lub və Di­yar­bə­ki­rə sür­gün edi­lib.

Sür­gün edil­mə­si­nə bax­ma­ya­raq, mil­liy­yət­çi­lik his­si, tu­ran­çı­lıq dü­şün­cə­lə­ri Zi­ya Gö­kal­pı ra­hat bu­rax­ma­yıb. Bu mü­hüm dü­şün­cə­lə­ri­ni hə­ya­ta ke­çir­mək məq­sə­di­lə "Di­yar­bə­kir" qə­ze­tin­də ya­zı­la­rı­nı nəşr et­dir­mə­yə baş­la­yan Zi­ya Gö­kalp 1908-ci il­də "İt­ti­had və Tə­rəq­qi Cə­miy­yə­ti"nin Di­yar­bə­kir şö­bə­si­ni qu­rub. 1909-cu il­də "Pey­man" qə­ze­ti­nin nəş­ri­ni təş­kil et­di­rib. Onun "Gənc qə­ləm­lər" məc­mu­ə­sin­də ya­yım­la­nan "Tu­ran" şe­i­ri, "İt­ti­had və Tə­rəq­qi Cə­miy­yə­ti" möv­zu­sun­da ya­zı­la­rı, və­tə­ni­ni və mil­lə­ti­ni se­vən türk in­sa­nı tə­rə­fin­dən bö­yük hə­yə­can­la qar­şı­la­nıb.

1899-cu il­dən 1908-ci ilə qə­dər Di­yar­bə­kir­də oxu­maq­la, təd­qi­qat işi və gənclə­ri işıq­lan­dır­maq­la məş­ğul olan Zi­ya Gö­kalp "Dic­lə" ad­lı bir qə­zet nəşr et­dir­mə­yə baş­la­yıb. "Bir­lik və Tə­rəq­qi" si­ya­si par­ti­ya­sı­nın Di­yar­bə­kir şö­bə­si­ni qu­rub. 1909-cu il­də par­ti­ya­sı­nın də­və­ti­lə Se­la­ni­kə ge­dib. Par­ti­ya­sı­nın qu­rul­ta­yın­da Mər­kə­zi Apa­ra­tın üz­vü­lü­yü­nə se­çi­lib. 1911-ci il­də Se­la­nik­də nəşr edil­mə­yə baş­la­yan "Gənc qə­ləm­lər" jur­na­lın­da fi­kir­lə­ri­ni yaz­ma­ğa baş­la­yıb. Bu jur­nal­da:"Və­tən nə Tür­ki­yə­dir türklə­rə, nə Tür­küs­tan,

Və­tən bö­yük və əbə­di bir öl­kə­dir: Tu­ran..." -

söz­lə­ri­lə bi­tən ya­zı­la­rı ilə türk kö­nül­lə­rin­də bö­yük hə­yə­can ya­ra­dıb. Os­man­lı­lıq ru­hu ki­mi dü­şün­cə içə­ri­sin­də unu­dul­ma­ğa üz tu­tan türklü­yü və onun ya­şa­dı­ğı bö­yük coğ­ra­fi­ya­nı şe­ir di­li ilə açıq­ca an­lat­ma­ğa baş­la­yıb, öl­müş ruh­la­ra bir can­lı­lıq, bir ye­ni­lik gə­ti­rib. Be­lə­cə o, türk sə­nət və ədə­biy­ya­tın­da ol­du­ğu qə­dər, türk dü­şün­cə hə­ya­tın­da da ye­ni bir is­ti­qa­mət mü­əy­yən edib.

Ata­sı­nın tə­si­ri­lə çox ki­çik yaş­la­rın­dan folklor və xalq şe­ir­lə­ri­lə ma­raq­la­nan Zi­ya Gö­kalp gənclik il­lə­rin­də bir-bi­ri­nə zidd fi­kir­lə­rin çar­pış­ma­sı ilə böh­ran ke­çi­rib. Onun fəl­sə­fi dü­şün­cə­lə­ri iz­ti­rab­la­rı­nın mən­bə­yi ha­lı­na gə­lib. O, şe­ir, nəsr, das­tan janrla­rın­da el­mi mə­qa­lə­lər və ki­tab­lar ya­zan özü­nə­məx­sus bir fi­kir ada­mı idi. El­mi və çox cid­di fi­kir­lə­ri­ni sa­də dil­də yaz­ma­ğa ça­lı­şan Zi­ya Gö­kalp mil­lət­çi bir türkçü olub. "Türkçü­lü­yün əsas­la­rı" ad­lı ki­ta­bın­da türk zi­ya­lı­la­rı üçün da­ha yet­kin bir türkçü­lük hə­dəf­lə­ri­ni gös­tə­rib, mil­lət­çi­li­yin proq­ra­mı­nı cı­zıb. Bu ki­tab­da özü­nə məx­sus ide­al­la­rı­nı bir so­si­o­loq ola­raq or­ta­ya qo­yub. Türkçü­lük proq­ra­mı­nı "Li­sa­ni türkçü­lük," "Di­ni türkçü­lük," "Bə­dii türkçü­lük," "Əx­la­qi türkçü­lük," "Hü­qu­qi türkçü­lük," "İq­ti­sa­di türkçü­lük," "Si­ya­si türkçü­lük," "Fəl­sə­fi türkçü­lük" ki­mi bö­lüm­lər­dən tər­tib edib. Onun əhə­miy­yət­li say­dı­ğı fi­kir­lə­ri­nin ba­şın­da türkləş­mək, is­lam­laş­maq və mü­a­sir­ləş­mək gə­lir­di.

Zi­ya Gö­kal­pın da­vam­lı, yo­rul­ma­dan yaz­dı­ğı bü­tün əsər­lə­rin­də is­ti­fa­də et­di­yi dil sa­də da­nı­şıq di­li qə­dər sə­mi­mi bir dil­dir. Onun tən­zim­lə­yi­ci di­li be­lə çox sa­də­dir. Mən­zu­mə­lə­ri­ni hər za­man he­ca vəz­ni­lə ya­zıb. Mə­qa­lə­lə­ri ilə ye­ti­şən bir fik­rə sa­hib ol­du­ğu­nu gös­tə­rib. Ək­sər ya­zı­la­rı­na "Tev­fik Sə­dat" im­za­sı atıb, bə­zən də "Də­mir­daş" adın­dan is­ti­fa­də edib. Jur­na­lın rəh­bər­li­yin­də olan Əli Ca­nip Yön­təm "Gənc qə­ləm­lər­də" Zi­ya­nın ya­zı­la­rı­nı "Gö­kalp" im­za­sıy­la nəşr et­dir­mə­yə baş­la­yıb. Zi­ya bəy də bun­dan son­ra bü­tün ya­zı­la­rı­nı "Zi­ya Gö­kalp" im­za­sıy­la jur­na­la ve­rib. Be­lə­cə, bu ad türk ədə­biy­ya­tı, türk dü­şün­cə­si və türk mil­liy­yət­çi­li­yi ta­ri­xin­də əbə­di­lə­şib...

Zi­ya Gö­kalp si­ya­sə­tin mər­kə­zin­də də da­im sə­viy­yə­li bir yer alıb. Fəl­sə­fi dü­şün­cə­li bö­yük ide­ay­lar sa­hi­bi­nin, şa­ir tə­bi­ət­li bir ada­mın ak­tiv si­ya­sət içə­ri­sin­də yer al­ma­sı ilk ba­xış­da mü­ha­ki­mə olu­na bi­lər. Bu möv­zu­da Zi­ya Gö­kal­pın özü­nün si­ya­sə­tə ba­xış is­ti­qa­mə­ti önəm­li­dir. Tür­ki­yə­də Zi­ya Gö­kalp haq­qın­da ən cid­di və ət­raf­lı təd­qi­qat­la­rı ilə ta­nı­nan Ələd­din Qorxmaz onun bu və­ziy­yə­ti haq­qın­da be­lə de­yib: "Öm­rü­nün si­ya­si hə­rə­kat və si­ya­si par­ti­ya­la­rın ara­sın­da keç­mə­si­nə bax­ma­ya­raq, onun və­zi­fə­si si­ya­si fə­a­liy­yət­lə­rin əsa­sı­nı təş­kil edən iq­ti­da­rın ar­xa­sın­da si­ya­si hə­rə­kat­la­ra bil­gi ver­mək, el­min gös­tər­di­yi yo­lu töv­si­yə et­mək­dən iba­rət idi. O, si­ya­sə­ti be­lə mü­qəd­dəs say­dı­ğı bir məq­səd üçün ic­ra edib. Be­lə­lik­lə, or­ta­ya mü­tə­fək­kir bir si­ya­sət ada­mı çı­xıb. Onun portre­tin­də­ki si­ya­si ciz­gi­lər ta­ma­mi­lə si­li­nib get­di­yi hal­da, əsas şəx­siy­yə­ti gü­nü­mü­zə qə­dər ya­şa­yıb".

Bu təs­bit ta­ma­mi­lə doğ­ru­dur. Bu gün Zi­ya Gö­kalp bü­tün türk dün­ya­sın­da si­ya­sət­çi yö­nü ilə de­yil, türklük üzə­ri­nə gə­tir­di­yi qiy­mət­li fi­kir­lə­ri­lə ta­nın­maq­da­dır.

"Bir­lik və Tə­rəq­qi" si­ya­si par­ti­ya­sı­nın mər­kə­zi apa­ra­tı İs­tan­bu­la kö­çü­rül­dük­də Zi­ya Gö­kalp da İs­tan­bu­la ge­dir və İs­tan­bul Uni­ver­si­te­tin­də so­si­o­lo­gi­ya ka­fed­ra­sı­nı qu­ra­raq Tür­ki­yə­də bu el­min əsa­sı­nı qo­yur.

Gö­kalp üz­vü ol­du­ğu par­ti­ya­nın dü­şü­nən bey­ni olub. O, Os­man­lı döv­lə­tin­də türk ol­ma­yan ün­sür­lə­rin "Os­man­lı­lıq" fik­ri içə­ri­sin­də tu­tul­ma­ya­ca­ğı­nı, be­lə bir dü­şün­cə­nin türklə­rin əley­hi­nə ola­ca­ğı­nı ifa­də edib. Uni­ver­si­tet­də­ki dərslə­rin­də və mə­qa­lə­lə­rin­də ara­lıq­sız ola­raq türklə­rin gə­lə­cə­yi haq­qın­da fi­kir­lər irə­li sü­rüb və bu möv­zu­da qorxma­dan mü­ba­ri­zə edib.

Zi­ya Gö­kalp "Türk yur­du" jur­na­lın­da 20 mart 1913-cü il­dən eti­ba­rən his­sə-his­sə nəşr olu­nan, da­ha son­ra ki­tab şək­lin­də çı­xan "Türkləş­mək, is­lam­laş­maq, mü­a­sir­ləş­mək" möv­zu­sun­da ya­zı­lar zən­ci­ri ilə mə­də­ni və si­ya­si hə­qi­qət­lə­ri or­ta­ya qo­yub. O be­lə de­yir­di: "Türk yur­dun­da hö­ku­mət içə­ri­sin­də su­ve­ren­li­yi əlin­də tu­tan təş­ki­lat­lar­da olan­lar "türk ol­maq" və ya öz­lə­ri­ni sə­mi­mi ola­raq "türk bil­mək" dü­şün­cə­si­lə qü­rur duy­ma­lı­dır­lar. Os­man­lı dü­şün­cə­sin­də olan­lar döv­lə­ti ida­rə et­mə­mə­li, "Türk ol­ma­nın hə­yə­ca­nı­nı" hiss edən­lər döv­lə­ti ida­rə et­mə­li­dir­lər..."

Zi­ya Gö­kalp türk ocaq­la­rı çə­ti­ri al­tın­da top­la­nan gənclə­rin fik­ri­nə rəh­bər­lik edib. "Türk yur­du" jur­na­lın­da türk ta­ri­xi­nə aid la­zı­mi təd­qi­qat­lar, mil­lət, eşq hə­yə­ca­nı da­şı­yan şe­ir­lər nəşr et­dir­di. 12 iyun 1917-ci il­də nəşr et­dir­di­yi "Ye­ni məc­muə" də türk mil­liy­yət­çi­li­yi­nin yol­la­rı­nı gös­tə­rə­rək proq­ra­mı­nı ha­zır­la­yıb.

Zi­ya Gö­kalp Bi­rin­ci Dün­ya mü­ha­ri­bə­sin­də in­gi­lis­lər tə­rə­fin­dən Mal­ta­ya sür­gün edi­lib. Ora­dan dön­dük­də Di­yar­bə­kir­də "Ki­çik məc­muə" adı ilə bir jur­na­lın nəş­ri­nə baş­la­yan Gö­kalp bu jur­nal­da Və­tən sev­gi­si­ni, mil­li mü­ca­di­lə­ni hi­ma­yə­si al­tı­na ala­raq mü­da­fiə edib.

Zi­ya Gö­kalp türk ta­ri­xi­nin ən gör­kəm­li si­ma­sı və türklü­yün ən bö­yük li­de­ri olan Mus­ta­fa Ka­mal Ata­tür­kün hə­rə­ka­tı­nı ürək­dən dəs­tək­lə­yib. 1923-cü il­də Mil­li Təh­sil Na­zir­li­yi­nin tə­lim və tər­cü­mə rəh­bə­ri ola­raq An­ka­ra­ya gə­lən Zi­ya Gö­kalp hə­min il­də Di­yar­bə­kir mil­lət və­ki­li se­çi­lib. Uca Al­la­hın ver­di­yi bü­tün qa­bi­liy­yət­lə­ri­ni türklü­yün xoş­bəxtli­yi üçün nü­ma­yiş et­di­rən və öm­rü­nü bu yol­da şam ki­mi əri­dən Zi­ya Gö­kalp 1924-cü il­də İs­tan­bul­da və­fat edib. Cə­na­zə­si və­tən­se­vər türk gəncli­yi­nin çi­yin­lə­rin­də və çox bö­yük bir in­san axı­nı ilə Sol­ta­nəh­məd tür­bə­sin­də dəfn edi­lib.

Baş­lı­ca əsər­lə­ri bun­lar­dır: "Türk ic­ti­ma­iy­yət ta­ri­xi", "Türk adət-ənə­nə­si", "Türkçü­lü­yün əsas­la­rı", "Ye­ni hə­yat", "Qı­zıl al­ma", "Qı­zıl işıq," "Türkləş­mək, is­lam­laş­maq, mü­a­sir­ləş­mək", "Mal­ta mək­tub­la­rı", "Türk mə­də­niy­yə­ti­nin ta­ri­xi"... və s.

Zi­ya Gö­kal­pın fi­kir­lə­ri hə­lə də bü­tün can­lı­lı­ğı ilə ya­şa­maq­da­dır. Be­lə ki, Tür­ki­yə döv­lə­ti­nin qu­ru­lu­şun­da onun fi­kir­lə­ri­nin tə­si­ri açıq-ay­dın bi­lin­mək­də­dir.

Gö­kalp yük­sək fə­zi­lət sa­hi­bi və ol­duq­ca dü­rüst bir şəx­siy­yət idi. Onun tək bir qa­yə­si türk döv­lə­ti­nin sər­bəst, azad ol­ma­sı və mil­lə­ti­nin xoş­bəxt ya­şa­ma­sı idi. O, bu ide­ya uğ­run­da qı­sa öm­rü­nə çox şey sığ­dı­ra bil­di.

Zi­ya Gö­kal­pa gö­rə, bü­tün türk xalqla­rı bir gün bir ara­ya gə­lə­rək bir­lə­şə­cək­lər. Çün­ki türk mil­lə­ti ay­rıl­maz bir bü­tün­dür. Türkmən, qır­ğız, qa­zax, öz­bək, azə­ri, ta­tar... bü­tün bu xalqlar ey­ni so­yun, ey­ni mə­də­niy­yə­tin, ey­ni di­nin, ey­ni ta­ri­xin, ey­ni di­lin mən­sub­la­rı­dır­lar. Ha­mı­sı bir-bi­ri­lə qar­daş­dır. On­la­rın kə­dər­lə­ri də, se­vinclə­ri də bir ol­ma­lı­dır...

Zi­ya Gö­kal­pın üs­tün­də inad­la dur­du­ğu bir­lik və türk xalqla­rı­nın azad döv­lət ha­lın­da ya­şa­ma­la­rı, de­yə bi­lə­rik ki, onun irə­li sür­dü­yü bir ide­ya­dır. Uca ya­ra­da­na şü­kür­lər ol­sun ki, bu gün türk xalqla­rı azad­lıq­la­rı­nı qa­za­nıb, Zi­ya Gö­kal­pın ilk ar­zu­su hə­ya­ta ke­çib. Gö­kalp ata­mı­zın çox bö­yük əhə­miy­yət ver­di­yi ikin­ci ar­zu­su isə bü­tün türk döv­lət­lə­ri­nin bir bay­raq al­tın­da bir­lə­şə­rək güc­lü bir döv­lət ha­lı­na gəl­mə­si­dir. O, "Türk ru­hun­da yal­nız bir vi­la­yət, bir il­ham var­dır", - de­yib. Zi­ya Gö­kal­pın mil­li dü­şün­cə­lə­ri qı­sa­ca be­lə­dir:

Sor­ma mən­dən oy­ma­ğı­mı, bo­yu­mu...
Beş min il­dir mil­lət ki­mi ya­şa­ram,
Sor­ma mən­dən ai­lə­mi, so­yu­mu,
So­yum Türklük, soy kö­küm hökmda­rım...

De­mə mə­nə: "Oğuz, ka­yı, os­man­lı..."
Tür­kəm - bu ad hər ün­van­dan üs­tün­dür...
Yox­dur öz­bək, no­qay, qır­ğız, qa­zan­lı,
Türk mil­lə­ti bö­lün­məz bir "bü­tün­dür..."

Ey türk oğ­lu! Ar­tıq nə mən, nə sən, nə o de­yə bir şey yox...
Mil­lət­lər yox, uruq­lar yox, an­caq bö­yük Tu­ran var...

Türklü­yün bö­yük fi­lo­so­fu, ya­zı­çı­sı Zi­ya Gö­kalp ata­mı­zın bu ar­zu­su­nun hə­ya­ta keç­mə­si onun ru­hu­nu şad edə­cək.

Uca Al­la­hın ver­di­yi bü­tün qa­bi­liy­yət­lə­ri türklü­yün xoş­bəxtli­yi üçün nü­ma­yiş et­di­rən və öm­rü­nü bu yol­da şam ki­mi əri­dən Zi­ya Gö­kalp ata­mı­zı rəh­mət­lə xa­tır­la­yı­rıq.

Ru­hu şad ol­sun!

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 3 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI