Bu gün...
Təbrizdə təkəmçi ənənəsi
Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçiyə təkəmçi deyilir.

facebook-paylas
Tarix: 18-03-2017 08:30
Təbrizdə təkəmçi ənənəsi

Belə ki, təkəmçilər hansı evin qapısında şeir oxusa və bayramın gəlməyin müjdə versə, ev sahibindən muştuluq alar. Buna “pay” deyilir. Həmçinin təkəmçi özü də şeir ilə mükafatlandırılmasını xatırladar.

 

Cənabi Cəbrayıl namə gətirdi

Gətircəyin peyğəmbərə yetirdi

Mübarək qolların göyə götürdü

Sizin təzə bayramınız mübarək

Ayınız, iliniz, həftəniz, gününüz mübarək...

Bizim yerdə yumurtanı yuyarlar

Onu dönüb yeddi rəngə boyarlar

Yeddisin də təhvil üstə qoyarlar

Sizin təzə bayramınız mübarək

Ayınız, iliniz, həftəniz, gününüz mübarək...

Bizim yerdə qovun-qarpız əkərlər

Onu tamam şəhərlərə tökərlər

Təzə ilin həsrətini çəkərlər

Sizin təzə bayramınız mübarək

Ayınız, iliniz, həftəniz, gününüz mübarək...



XƏBƏR VİDEOSU





Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



2 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI