Bu gün...
Sepahın komandiri Məhəmməd Əli Cəfəri Amerikanı təhdid etdi
ABŞ Prezidenti Donald Tramp hökumətinin ballistik raket proqramı səbəbilə İrana qarşı yeni sanksiyalara cavab olaraq İran İnqilab Keşikçiləri komandiri Məhəmməd Əli Cəfəri açıqlama verib.

facebook-paylas
Tarix: 20-07-2017 16:11
Sepahın komandiri Məhəmməd Əli Cəfəri Amerikanı təhdid etdi

Açıqlamada Cəfəri rəsmi Vaşinqtonun “yanlış hesablama”lardan qaçması lazım olduğunu söyləyib:

“Əgər ABŞ  İnqilab Keşikçiləri və İranın təhlükəsizliyinə istiqamətlənmiş sanksiyalar tətbiq etmək niyyətindədirsə, bölgədəki hərbi bazalarını 1000 km kənara daşımalıdır. Əks halda, bunun əvəzini ağır şəkildə ödəyəcək”.

Əlavə olaraq, Cəfəri İranın quruda, suda və havada raket qabiliyyətlərinin getdikcə böyüdüyünü, lakin bunun ölkənin tamamilə daxili mövzusu olduğunu qeyd edib.

Qeyd edək ki,İran ballistik raket proqramının müdafiə məqsədli olduğunu və bunun nüvə anlaşmasına heç bir təsiri olmadığını desə də, Vaşinqton raket sınaqlarının BMT-nin qərarlarına və 2015-ci razılaşmasına zidd olduğunu iddia edir.

ABŞ Müdafiə Nazirliyinin spikeri Adrian Rankine Cəfəriyə cavab olaraq bildirib ki, onun təhdidlərindən sonra ABŞ mövqeyini dəyişmək fikrində deyil.



XƏBƏR VİDEOSU





Qaynaq: Ocaq TV

Editör: Kemale



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



2 + 6 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI