Bu gün...
Sazişlər açıqlandı: Türkiyənin İraqa girmə haqqı
Sentyabrın 25-də İraq Kürd Muxtariyyətində baş tutacaq müstəqillik referendumu dünya siyasi gündəminin əsas müzakirə olunan məsələlərindən biridir.

facebook-paylas
Tarix: 23-09-2017 14:39
Sazişlər açıqlandı: Türkiyənin İraqa girmə haqqı

Bu gün məsələ ilə bağlı Türkiyədə Prezident Ərdoğanın rəhbərliyi Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda qəbul edilən bəyanatda bildirilir ki, İraq Kürd Muxtariyyətində keçiriləcək müstəqillik referendumu qeyri-qanunidir və rəsmi Ankaranın beynəlxalq konvensiyalardan irəli gələn hüquqlarından istifadə edəcək.

Hazırda Türkiyədə siyasilərin və tarixçilərin əsas müzakirə mövzusu da budur: Türkiyə “beynəlxalq anlaşmalardan doğan haqlarından istifadə edəcək” sözünün arxasında nə dayanır?

Bu barədə türkiyəli tarixçi və siyasi ekspert Enes Mərd Dəmir sosial şəbəkə hesabından ətraflı izah yazıb.

Ekspert bu faktları bele sıralayıb:

“ 1. 5 iyun 1926-cı il Ankara müqaviləsi.

2. Millətlər Cəmiyyəti (BMT) tərəfindən müəyyən edilən Türkiyə-İraq sərhədinə dair 1924-cü il Brüssel sənədi.

3. 1925-ci il Mosulun gələcəyi ilə bağlı Millətlər Cəmiyyəti sənədi.

4. 29 mart 1946-cı il Türkiyə-İraq sərhədinə dair II Ankara razılaşması.

5. 12 avqust 1981-ci il Türkiyə-İraq sərhəd xəttinə dair protokol.

Bu 5 ulusal sənəd Türkiyə-İraq sərhədini qəti şəkildə müəyyən etdiyi kimi, bu sərhədin pozulmasına qarşı qəbul edilən beynəlxalq protokollardır. Əgər referendum olarsa, “hə” çıxarsa və müstəqil dövlət yaranarsa, İraq Kürd Muxtariyyəti Türkiyə sərhədində olduğu üçün Türkiyə ilə İraqın birbaşa sərhədi qalmayacaq. Belə şəraitdə Türkiyə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini dəyərləndirərək, İraqa hərbi müdaxilə edə bilər”.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



2 + 6 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI