Bu gün...
Sayılı günlər qaldı - Ərdoğan “Mehmetcik”in növbətihədəfini açıqladı
Terrorla mübarizə formatını yenidən hazırlayan Türkiyə, həm daxildə, həm də sərhədlərindən kənarda PKK terror təşkilatına ardıcıl zərbələr vurur.

facebook-paylas
Tarix: 10-04-2018 10:34
Sayılı günlər qaldı - Ərdoğan “Mehmetcik”in növbətihədəfini açıqladı

Haber7” saytının baş redaktoru İbrahim Ərdoğana görə, Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı növbəti əməliyyata hazırlaşır.

Türkiyə 2015-ci ilin iyulunda başlayan yeni terror strategiyası ilə ölkənin cənubi-şərqində terror təşkilatına ağır zərbələr endirdi. 2016-cı il avqustun 24-dən 2017-ci il martın 29-na kimi Suriyanın şimalında həyata keçirilən “Fərat Qalxanı” hərəkatı ilə isə Cerablus, Əl-Bab və Azez kimi yaşayış məntəqələrinin də daxil olduğu 2 min kvadrat kilometrlik ərazi terrordan təmizləndi.

Bu il yanvarın 20-də isə Suriyanın Afrin bölgəsinin PKK-dan təmizlənməsi üçün “Zeytun budağı” hərəkatı başladı. PKK/PYD-nin əsas qalalarından biri hesab olunan Afrin qısa müddətdə mühasirəyə alındı və hərəkatın 57-ci günündə - martın 18-də Azad Suriya Ordusu ilə birlikdə ələ keçirildi.

Türkiyə İrana qədər olan cənub sərhədi boyunca terroru məhv etməkdə israrlıdır. “Mehmetcik”in növbəti hədəfi İraqın şimal hissəsidir, yəni Qəndildir. PKK terror təşkilatının əsas qərargahı hesab olunan Qəndilə qarşı ilk addım ötən günlərdə atıldı. 34-cü Sərhəd Briqadası Komandirliyi ilə Dağ və Komando Briqadası Komandirliyinə bağlı əsgərlər martın 10-da Şimali İraqda hava qüvvələrinin dəstəyi ilə böyük bir əməliyyat keçirdi. Qısa müddət ərzində Siro və Kani Reş bazaları məhv edildi və PKK-nın ən mühüm düşərgələrdən biri olan Hakurka yol açıldı. Hakurkun bütün əlaqə yolları kəsildi və Sidakanda strateji təpələr ələ keçirildi.

Bir neçə gün əvvəl Mavananı mühasirəyə alıb ələ keçirən “Mehmetçik” sərhəd xaricində 40 kilometrlik ərazini terrorçulardan təmizlədi. 40-cı kilometrdə Mavananı ələ keçirən Türkiyə Silahlı Qüvvələri Qəndilin tamamilə mühasirəyə alınması üçün İran sərhədinə istiqamətlənib. “Zeytun budağı” hərəkatında olduğu kimi Qəndil ətrafında hilalın yaradılması planlaşdırılır. Türkiyə Silahlı Qüvvələri Mavanadan İran sərhədinə çatması ilə hilal tamamlanmış olacaq.

Türkiyə Silahlı Qüvvələrinin Qəndildə keçirəcəyi əməliyyata artıq günlər qalıb. “Torpaqlarımızda Türkiyəyə hər hansı hücuma imkan vermərik" deyən Bağdad da Qəndil mövzusunda Ankara ilə həmfikirdir.

İbrahim Ərdoğanın yazdığına görə, Şimali İraqdan sonra növbəti hədəf Suriyada Fərat çayının şərqidir.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI