Bu gün...
Rusiya YPG-ni nəzarət altına alır – Afrində hərbi bazası inşa ediləcək
PKK-nın Suriya qolu YPG nümayəndəsinin bildirdiyinə görə, Rusiya dövləti ölkənin şimal-qərbində yerləşən Afrin şəhərində hərbi baza inşa edəcək və təşkilat üzvlərinə hərbi təlim keçəcək.

facebook-paylas
Tarix: 20-03-2017 18:49
Rusiya YPG-ni nəzarət altına alır – Afrində hərbi bazası inşa ediləcək

Məlumatı “Reuters” agentliyi yayıb. YPG mətbuat katibi Redu Cəlil bu barədə rəsmi bəyanat yayıb. Dünən Rusiya ilə razılıq əldə olunduğunu qeyd edən Cəlil rus hərbçilərin bölgəyə zirehli avtomobil və texnika ilə gəldiyini bildirib.

Bəyanatda Rusiyanın YPG silahlılarına modern döyüş metodları ilə təlim keçəcəyi və bunun qarşılığında baza yaradılmasına razılıq verildiyi bildirilib.

YPG-nin bəyanatı ilə bağlı Rusiya tərəfi hələ ki, rəsmi izahat verməyib.

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



6 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI