Bu gün...
Rusiya MƏHV EDİLƏC – DƏHŞƏTLİ PROQNOZLAR
“Rusiyada dövlət artıq məhv edilib. Ehtimal ki, bütün ölkə məhv ediləcək, bu və ya digər formada”. Bu fikirləri Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya maliyyəçisi və bloger Slava Rabinoviç bildirib.

facebook-paylas
Tarix: 10-04-2018 11:06
Rusiya MƏHV EDİLƏC – DƏHŞƏTLİ PROQNOZLAR

“Prezidenti Vladimir Putin ölkəni faciəyə aparır. Ona görə ki, hakimiyyətin dinc yolla ötürülməsi qeyri-mümkün olur. Bu, ölkə üçün fövqəladə dərəcədə təhlükəlidir. İnqilab vətəndaş cəmiyyətinin yetişdirilməsini gözləmədən də baş verə bilər”, - o deyib.

Onun sözlərinə görə, Rusiya artıq investisiya kapitalı üçün beynəlxalq rəqabətdə uduzub. Maliyyəçi qeyd edir ki, bu, bir çox böyük şirkətlərin müflis olmasına, ardınca ümumi daxili məhsullun kəskin azalmasına, real işsizliyin böyük artımına, əhalinin real gəlirlərinin aşağı düşməsinə və bank sisteminin tam kollapsına gətirib çıxaracaq.

Rabinoviç bildirir ki, bundan qaçmaq ortamüddətli perspektivdə heç cür mümkün olmayacaq.

Rusiyanı beynəlxalq ödəmə sistemi olan SWIFT-dən kənarlaşdırılması ehtimalına gəlincə, Rabinoviç bildirib ki, bu, Krıma Mariupol üzərindən quru dəhlizinin çəkilməsi, taktik nüvə silahının tətbiqi, yaxud da hansısa bu tipli hadisələr zamanı ola bilər.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI