Bu gün...
Qarabağa göndərilməsi planlaşdırılan “Məxfi ordu”: Moskva itkiləri gizlədə bilmədi
Rusiyanın “Fontanka” nəşri şəxsi hərbi şirkət olan “Vaqner qrupu”nun Suriyada itkilərini sübut edib.

facebook-paylas
Tarix: 22-08-2017 13:43
Qarabağa göndərilməsi planlaşdırılan “Məxfi ordu”: Moskva itkiləri gizlədə bilmədi

Nəşrin yazdığına görə, 2016-cı il aprel-may aylarında Palmira şəhərinin azad edilməsi üzrə əməliyyatın gedişatında qeyri-formal hərbiləşdirilmiş təşkilatın təxminən 32 döyüşçüsü həlak olub, 80-ni ağır yaralanıb.

“Fontanka”nın araşdırmasına görə, 2017-ci ilin əvvəlindən bu yana 40-dan 60-a qədər muzdlu döyüşçü həlak oldu, 80-dən 180-ə qədəri yaralanıb.

Döyüşçülərin ölüm faktları KİV-in xəbərləri və sosial şəbəkələrdə qohumların statusları əsasında müəyyən edilib.

 

“Fontanka” hesab edir ki, 10-15 hadisə üzrə döyüşçülərin həlak olduğu yer barədə inandırıcı sübutlar əldə etmək mümkün olub. Nəşrin əldə etdiyi sənədlər və anketlərdə olan məlumatlara görə, döyüşçülərə aylıq 240 min rubl (təxminən 2820 dollar – red.) əmək haqqı söz veriblər.

Nəşr yazır ki, “Vaqner qrupu”nun kadr formalaşması və hazırlığı Krasnodar vilayətinin Molkinos qəsəbəsində yerləşən hərbi bazanın ərazisində keçirilir. Lakin bu informasiya da rəsmi strukturlar tərəfindən təsdiq olunmayıb. Eyni yerdə Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsinə (QRU) xüsusi təyinatlı dəstəsinin 10-cu ayrı briqadası yerləşir.

Məlumata görə, 2017-ci ilin avqustunda “Vaqner qrupu”nun bölmələrinin Suriyadakı işi əsasən neft obyektlərinin mühafizəsi, imkan daxilində isə yeni ərazilərin tutulmasından ibarətdir.

Qeyd edək ki, “Vaqner qrupu” ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən komplektləşdirilib. Qrup çox qapalı struktur hesab olunur. Bəzi KİV-lərin iddiasına görə, “Vaqner qrupu” 2014-də Donbasda, 2015-ci lldə isə Suriyada döyüş əməliyyatlarında iştirak edib. Ancaq bu informasiyalar heç bir halda rəsmi təsdiqini tapmayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dmitri Utkinin 2016-cı ilin dekabrında Vətən Qəhrəmanları Günü münasibəti ilə Kremldə keçirilən təmtəraqlı qəbulda iştirak etdiyini təsdiqləyib. Lakin o, “Vaqner qrupu”nun Suriyada döyüşçülərinin olub-olmadığı barədə suala cavab verməkdə çətinlik çəkib.

 

Ancaq “Sky News” kanalı ilə danışan insanlar bildiriblər ki, onları məxfi hərəkət edən “Vaqner qrupu” adlı hərbi şirkət cəlb edib və Rusiyanın hərbi-nəqliyyat təyyarələri ilə Suriyaya göndərilib. Onların sözlərinə görə, aya üç min funt-sterlinq alıblar və qarşılığında üsyançı qruplaşmalarla ən sərt döyüşlərdə iştirak ediblər.

Bu qrupdan “Sky News”a danışan iki nəfər - Aleksandr və Dmitri (şərti adlardır) döyüşlərdən sağ çıxa biliblər.

Hərbi ekspert Pavel Felqenqauerin fikrincə, hərbi muzdurlarla əməliyyatlar Rusiyanın “hibrid müharibə” metodlarına tamamilə uyğun gəlir: “Görünür, “Vaqner qrupu” həqiqətən mövcuddur. Bu cür döyüşçülər Rusiyanın istəyindən asılı olaraq müxtəlif döyüş əməliyyatları zonalarında meydana çıxırlar. Əvvəlcə Krımda, sonra Donbasda, indi isə Suriyada. Amma onlar indiyə qədər qeyri-leqal hesab edilirlər”.

“Fontanka”nın yazdığına görə, “Vaqner qrupu”in döyüşçüləri Ukrayna və Suriya ərazisində döyüş hərəkətləri üçün dövlət mükafatları alırlar.

 

2016-cı ildə isə "RBC" saytının araşdırmasında deyilirdi ki, Rusiya "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür. Saytın yazdığına görə, Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı olan muzdlu ordu haqda informasiyalar mediaya sızıb. Xüsusilə Ukrayna və Suriyadakı əməliyyatlarda iştirakından sonra onların kimliyi, yerləşdikləri düşərgə və digər informasiyalar de-şifrə olunub.

Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti sayta bildirib ki, Rusiya Müdafiə Nazirliyi qrupun düşərgəsinin başqa yerə köçürülməsini müzakirə edib.

"Mümkün variantlar arasında Tacikistan, Dağlıq Qarabağ və Abxaziya var", - deyə o bildirib. Müdafiə Nazirliyindəki mənbə də bu faktı təsdiqləyib.

Sayt qeyd edir ki, bu qrup öz effektivliyini sübut etdiyi üçün onun ləğvi haqda düşünülmür.

Rusiya Müdafiə Nazirliyi isə jurnalistlərin araşdırmalarını “mif” adlandırır.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 6 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI