Bu gün...
Putin daha bir ölkəni ələ keçirir - II SURİYA SSENARİSİ
Liviyanın şərqində fəaliyyət göstərən hökumət Rusiyadan hərbi qulluqçuların təliminə və hərbi texnikanın təmirinə kömək etməyi xahiş edib.

facebook-paylas
Tarix: 20-03-2017 14:29
Putin daha bir ölkəni ələ keçirir - II SURİYA SSENARİSİ

“RİA-Novosti” agentliyinin verdiyi məlumata görə,bu haqda Liviya Nümayəndələr Palatasının (parlament) spikeri Akilya Saleh İsa bildirib:-

“Rusiya hökumətindən hərbi qulluqçularımızın təlimində və hərbi texnikanın təmirində bizə kömək etməyi xahiş etdik. Çünki bizim zabitlərimizin əksəriyyəti Rusiyada hərbi biliklərə yiyələniblər və çoxları rus dilini, həmçinin Rusiya hərbi texnikasından istifadə etməyi bilirlər. Rusiya terrorizmlə mübarizədə bizə kömək etməyə söz verib”/

Qeyd edək ki, Liviyada hazırda ikihakimiyyətlilik hökm sürür. Qərbdə - paytaxt Tripolidə BMT və Avropanın dəstəyi ilə formalaşdırılmış, Faiz Mustafa Al-Sərracın başçılıq etdiyi Liviya Milli Barışıq Hökuməti fəaliyyət göstərir.

Ölkənin şərqində - Tobruk şəhərində isə Tripolidən asılı olmayan hakimiyyət fəaliyyət göstərir. Tobruk hakimiyyəti general Xəlifə Xaftarın başçılıq etdiyi ordu ilə əməkdaşlıq edir.

Fevralın əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib ki, Moskva Liviya generalı Xəlifə Xaftarı ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.

Rusiya hərbçilərinin dəvət əsasında Liviyaya getməsi isə ikinci Suriya ssenarisinin reallaşdırılması anlamına gələcək. Rusiya Hərbi Hava Qüvvələri Suriyadakı əməliyyatlara 2015-ci sentyabrın 30-da məhz Dəməşqin dəvəti ilə başlayıb.

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 2 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI