Bu gün...
Paytaxt Dəməşq mühasirəyə alınır – Şiddətli qarşıdurmalar davam edir
Suriyanın paytaxtı Dəməşqdə müxaliflərin Bəşər Əsəd rejimini mühasirəyə alması və hücumu altındakı iki bölgəni birləşdirməsindən sonra tərəflər arasındakı qarşıdurmalar davam edir.

facebook-paylas
Tarix: 20-03-2017 14:31
Paytaxt Dəməşq mühasirəyə alınır – Şiddətli qarşıdurmalar davam edir

Aldığımız məlumata görə,Suriyada davam edən atəşkəsə baxmayaraq Dəməşqin ətrafında əməliyyatlara davam edən Əsəd ordusu və onlara yardım edən xarici terrorçu qruplar Barada vadisi kimi bəzi bölgələri ələ keçirmişdi.

Rejim qüvvələrinə qarşı hərəkətə keçən müxalif qüvvələr də dünən paytaxtda rejimin mühasirədə saxladığı və atəşkəsi tez-tez pozduğu Tişrin, Bərzə, Şərqi Ğutaya bağlı olan Harasta, Duma, Saqba və Arbin bölgələrində irəliləməyə başlayıb.

Müxaliflər Şərqi Ğuta bölgəsinin Cobar məhəlləsindən irəliləyərək şəhərin mərkəzinin şərqində mühasirə altındakı Qabun məhəlləsinə çatıb.

Beləcə Şərqi Ğuta ilə Qabun bölgələri incə bir xətt ilə birləşdirilmiş olub.

Adıçəkilən bölgələrdə şiddətli qarşıdurmalar davam edir. Müxaliflər rejimin nəzarətində olan Şərqi Ğuta və Cobara dünən axşamdan bu yana 50-yə yaxın aviazərbələr endirdiyini açıqlayıb.

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



8 + 3 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI