Bu gün...
On minlərlə etirazçı Serj Sarkisyanın üstünə yürüdü
Yerevanda fəallardan və ictimaiyyət nümayəndələrindən ibarət böyük bir qrup "Ermənistan" tibb mərkəzində Artur Sarkisyanı anmaq üçün etiraz yürüşü təşkil edib.

facebook-paylas
Tarix: 17-03-2017 16:57
On minlərlə etirazçı Serj Sarkisyanın üstünə yürüdü

“Aravot” nəşri bildirir ki, etiraz edənlərlə polis arasında toqquşma baş verib.

Keçən ilin yayında polisin post-patrul xidməti (PPX) alayının ərazisini tutmuş "Sasna Tsrer" silahlı qrupunun işi üzrə həbs edilmiş Artur Sarkisyan silahlı qrupa kömək etməkdə ittiham olunurdu. Post-patrul xidməti alayının ərazisi tutulan günlərdə 48 yaşlı A.Sarkisyan şəxsi avtomobildə yaraqlıları mühasirəyə alan polis səddini yararaq onlara qida məhsulları çatdırmış və sona qədər üsyançılarla birlikdə qalmışdı.

Azadlıq meydanına toplaşan yürüş iştirakçıları Yerevanın mərkəzi küçələri ilə hərəkət edərək "Artur!", "Yemək çatdıranı öldürdülər!" şüarları səsləndiriblər. Yürüş iştirakçılarını onlarla polis müşayiət edib və nümayişçilərə Ədliyyə Nazirliyinin binası yanında etiraz aksiyası təşkil etməyə imkan verməyib. Təntənəli yürüşə siyasi dustaq Şanta Arutyunyanın oğlu Şaen Arutyunyan başçılıq edib.

On minlərlə etirazçı Yerevanın mərkəzi meydanına tərəf istiqamət alıblar. “Azadlıq” radiosunun erməni xidməti hadisə yerindən canlı yayım aparır.

Nümayişçilər Artur Sarkisyanın ölümü ilə bağlı narazılıqlarını bildirirlər və onun ölümündə prezident Serj Sarkisyanı ittiham edirlər.

Etirazın təşkilatçılarından biri məşhur siyasi məhbus Şayen Arutyunanın oğlu jurnalistlərlə söhbətində deyib ki, etiraz aksiyalatrında praktiki olaraq siyasi qüvvələrin nümayəndələri yoxdur. Mitinqə sadəcə ədalət axtaran sıravi Yerevan sakinləri toplaşıb.

 



XƏBƏR VİDEOSU





Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI