Bu gün...
Naxçıvana qoşun yığılması Ermənistanda təşviş yaradıb
Azərbaycanın Naxçıvan bölgəsinə böyük hərbi qüvvə cəmləşdirməsi faktı Ermənistanda ciddi narahatlıq və təşvişə səbəb olub

facebook-paylas
Tarix: 01-09-2017 14:27
Naxçıvana qoşun yığılması Ermənistanda təşviş yaradıb

Xəbər verildiyi kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sərəncamında yüzlərlə tank və digər zirehli texnika, böyük dağıdıcı güc malik olan “Smerç” və “Kasırğa” reaktiv-yaylım atəşi sistemləri, ən müasir radioelektron mübarizə vasitələri, pilotsuz kəşfiyyat və zərbə aparatları, çoxsaylı artilleriya qurğuları mövcuddur. Bu günlərdə isə Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin Naxçıvanda dislokasiya olunmuş Su-27 hücum-bombardmançı təyyarələrinin uçuşlarını nümayiş etdirdi.

 

Naxçıvan Azərbaycanın Ermənistan paytaxtına ən yaxın ərazisidir və oradan yerevana cəmi 90 kilometr məsafə var. Nəticədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun silahlanmasındakı vasitələr Yerevana, o cümlədən Ermənistanın içərilərindəki digər hədəflərə dağıdıcı zərbələr endirməyə imkan verir. Bu səbəbdən neçə gündür erməni medası, ekspert çevrələri və sosial şəbəkə istifadəçiləri Naxçıvandakı cəmləşməni müzakirə edirlər.

 

Verilən məlumata görə, bu gün Yerevanda müdafiə nazirinin müavini Artak Zakaryana da Azərbaycan ordusunun Naxçıvanda cəmləşməsi haqda sual veriblər və ondan soruşublar: Ermənistan bununla bağlı KTMT-yə müraciət etməyə hazırlaşırmı?

Zakaryan deyib ki, hələlik Azərbaycanın Naxçıvan istiqamətində dövlət sərhədi boyu hərbi texnika cəmləşdirməsi ilə bağlı KTMT-yə müraciət etməyə ehtiyac yoxdur. “Bu gün belə zərurət yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin o cümlədən Naxçıvan istiqamətində silah-texnika cəmləməsi bizim üçün yenilik deyil. Hər şey nəzarət altındadır”-Zakaryan erməni ictimaiyyətində yaranmış təşvişi azaltmağa çalışıb.

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 5 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI