Bu gün...
NATO-nun Ankaradan istəyi - Rusiya ŞOKA DÜŞƏCƏK
Türkiyə ilə NATO ABŞ və onun müttəfiqlərinin Suriyada keçirməyi planlaşdırdığı əməliyyatda İncirlik bazasından istifadəni müzakirə edəcək.

facebook-paylas
Tarix: 12-04-2018 13:08
NATO-nun Ankaradan  istəyi - Rusiya ŞOKA DÜŞƏCƏK

“Anadolu” agentliyi xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Onun sözlərinə görə, bu haqda müzakirələr NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri (aprelin 16-na nəzərdə tutulub – red.) zamanı aparılacaq.

Türkiyə bu əməliyyata dəstək verib-verməməsinə gəlincə, Hami Aksoy kimyəvi hücumun insanlığa qarşı törədilmiş cinayət olduğunu və belə bir hücumun təkrarlanmaması üçün günahkarların cəzalandırılmalı olduğunu bildirib.

Qeyd edək ki, Suriya hakimiyyətini Duma şəhərində kimyəvi silah tətbiqində ittiham edən ABŞ prezidenti Donald Tramp dünən Rusiyanı Suriya üzrə raket zərbələrinə hazırlaşmağa çağırıb.

“Rusiya Suriyaya atılan istənilən raketləri vurmağa söz verir. Hazırlaş, Rusiya! Çünki, onlar gələcəklər”, - Tramp qeyd edib.

Suriya ətrafında vəziyyət hər keçən gün gərginləşir. Ekspertlər hesab edirlər ki, hazırkı situasiya genişmiqyaslı qarşıdurma ilə nəticələnə bilər.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 9 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI