Bu gün...
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb
Mərhum azərbaycanlı fəal mühəndis Qulamrza Əmani və iki qardaşının vəfatının 9-cü ildönümü münasibəti ilə Təbrizdə anım mərasimi keçirilib.

facebook-paylas
Tarix: 28-10-2017 16:08
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb

Mərasim oktyabrın 26-ı yerli vaxtla saat 14:00-da Təbrizin Maralan qəbiristinanında təşkil olunub. Anım mərasiminə Əmani ailəsi ilə birlikdə, yerli əhali və bir çox azərbaycanlı milli-mədəni fəal qatılıb.


Yerli mənbələrdən əldə edilən məlumata görə, Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları Əmani ailəsi ilə əlaqə saxlayaraq mərasimin keçirilməməsini tapşırıb, bu barədə onları hədələyiblər. Lakin bütün təzyiqlərə baxmayaraq mərasim çox sayda fəalın və yerli insanların qatılımı ilə keçirilib. Mərasim zamanı qəbiristanda çox sayda Ettelaat əməkdaşı və polis qüvvələri müşahidə olunub.

Azərbaycanlı fəallar hər il Əmani qardaşlarının ölüm günü ərəfəsində Azərbaycanın müxtəlif şəhərlərindən Təbrizə gələrək Maralan qəbiristanında anım mərasimi keçirirlər. Mərasim davamlı olaraq təhlükəsizlik qüvvələrinin təzyiqləri altında təşkil olunur. 

Mərhum mühəndis Qulamrza Əmani 2008-ci il oktyabrın 23-də iki qardaşı ilə birlikdə bir şübhəli avtomobil qəzasında həyatını itirib. Bir çox Milli Hərəkat fəalı baş verən qəzada İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) rol oynadığına və Əmani qardaşlarının şəhid edildiyinə inanır.




Qaynaq: surxay

Editör: ocaq tv



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 3 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI