Bu gün...
Leninin Atatürk QORXUSU SSRİ Türkiyəni niyə işğalı edə bilmədi – TARİXİN GİZLİNLƏRİ
Türkiyə Cümhuriyyəti qurularkən SSRİ rəhbəri Lenin Mustafa Kamal Atatürkə qızıl pul və hərbi müşavirlər göndərmiş, həmçinin, müxtəlif üsullarla kömək göstərmişdi. Təbii ki, bunun səbəbi Türkiyə-SSRİ yaxınlığı yox, Moskvanın Qərb cəbhəsi qarşısında Ankaraya olan ehtiyacı idi. Mənzərə bugünkü ilə eynidir: hazırda Rusiya üçün Türkiyə Qərblə mübarizədə əvəzedilməz amil rolunu oynayır. Eyni sözü Qərb haqda da söyləmək olar. Belə demək mümkünsə, indiki geosiyasi mənzərədə Türkiyə kimin yanındadırsa, onun əli güclüdür, təxminən 100 il öncə də geosiyasi vəziyyət belə idi.

facebook-paylas
Tarix: 25-05-2017 08:46
Leninin Atatürk QORXUSU SSRİ Türkiyəni niyə işğalı edə bilmədi – TARİXİN GİZLİNLƏRİ

Bu arada Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri institutunun dosenti, türkoloq, tarix elmləri namizədi Pavel Şlıkov Leninin Atatürkə kömək etməsinin səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, Atatürk Leninin situativ müttəfiq idi: “SSRİ-nin Türkiyəyə hərbi və maliyyə dəstəyi Ankaranın Antanta ölkələrinin, xüsusilə İngiltərənin dəstəklədiyi yunan istilası üzərində qələbə qazanmasında əhəmiyyətli rol oynadı. Türkiyə Antanta bloku ilə qarşıdurmada Sovet Rusiyası üçün çox əhəmiyyətli idi. Bununla yanaşı, Türkiyə ilə qarşılıqlı münasibətlər Qafqazın daha sürətlə sovetləşməsinə şərait yarada bilərdi. Buna görə də Lenin Atatürkə təkcə ciddi hərbi yardım göstərmirdi, həm də 1921-ci ildə ən bacarıqlı sovet sərkərdələrindən olan hərbi məsləhətçisi Mixail Frunzeni də Ankaraya göndərdi. Silah və qızılla yanaşı, bolşeviklər Türkiyəyə ərzaq da çatdırırdı, baxmayaraq ki, Rusiyada əhali aclığa düçar olmuşdu. Əlbəttə, bu ittifaqın qiyməti yüksək idi. Lakin Lenin Atatürkü, ümumiyyətlə, Türkiyəni itirməkdən qorxurdu. Hesab edirdi ki, Türkiyə İngiltərənin müttəfiqinə çevrilə bilər”.

Pavel Şlıkov qeyd edir ki, Türkiyənin İngiltərə ilə ittifaq qurması təhlükəsi real idi.

“İngilislər Sevr müqaviləsinə yenidən baxılmasına əvəz olaraq Türkiyə ilə ittifaqa cəhd edirdi. Onlar Atatürkün köməyi ilə Sovet Rusiyasının Cənubi Qafqazda sıxışdırılması planlarını həyata keçirmək niyyətində idi. 1921-ci ildə London konfransına Ankaranın nümayəndəsini xüsusi olaraq dəvət etdilər. Mustafa Kamal bu konfransa Bəkir Samibəyi göndərmişdi və orada Qafqazda kommunist baryerini yarmaq üçün türk və gürcü qoşunlarından ibarət birlik yaradılması haqda gizli danışıqlar gedirdi. Bu, Sovet Rusiyası və Türkiyə arasında “dostluq və qardaşlıq” haqda Moskva müqaviləsinin imzalanması ərəfəsində baş verirdi. Londondakı gizli danışıqlar mətbuata sızdı və Mustafa Kamal Bəkir Samibəyi istefaya göndərdi. Bu, Türkiyənin seçimi haqda Moskvaya müəyyən siqnal vermək idi. Bundan sonra Lenin Atatürkə ciddi dəstək verdi. 1921-ci ildə yunanlar anidən Ankaraya yaxınlaşmağa başladı, Türkiyənin taleyi tükdən asılı idi. Bu vaxt sovetlərin köməyi gəldi və həlledici oldu. Türklər bunu uzun müddət minnətdarlıqla yada salırdılar. Lakin 1930-cu ildə Türkiyə öz ayaqları üzərində dayanmağa başladı və təhlükəsizliyini təmin etmək üçün xarici siyasətə yenidən baxdı. Beləliklə, SSRİ-dən uzaqlaşma xəttini tutdular”, - deyə tarixçi bildirib.

Pavel Şlıkov SSRİ-nin Türkiyəyə “dərs vermək” niyyətində olduğunu də bildirib: “Sovet rəhbərliyi Türkiyənin siyasətinə dəyişiklik etməsini həzm edə bilmirdi. Buna görə də ona “dərs verməyi” düşünürdü. Lakin II Dünya müharibəsi buna imkan vermədi. Sonrakı dövrdə Türkiyəyə qarşı ərazi iddiaları davam edirdi. Yalnız 1953-cü ildə, Stalinin ölümündən sonra bu iddialar dayandırıldı. Çünki ABŞ Türkiyəyə ciddi dəstək verirdi”.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 1 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI