Bu gün...
Krasnoyarskda Azərbaycan Mədəniyyət Günü keçirilib
Rusiyanın Krasnoyarsk diyarında Azərbycan mədəniyyəti günlü keçirilib. “Odlar yurdu” mahnı və rəqs ansamblının yubileyinə həsr olunmuş mədəniyyət tədbiri Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin dəstəyi ilə təşkil olunub.

facebook-paylas
Tarix: 02-05-2017 16:38
Krasnoyarskda Azərbaycan Mədəniyyət Günü keçirilib

Diaspor fəalı Səadət Qarayevanın təşəbbüsü və səyi ilə yaradılmış xalq ansamblı artıq 10 ildir ki, Azərbaycan mədəniyyətini və tarixini nəinki Sibirdə, eləcə də Rusiyanın digər regionlarında və dünyanın müxtəlif şəhərlərində layiqincə təmsil edir. Krasnoyarsk diyarında  demək olar bütün mədəni-kütləvi tədbirlərin iştirakçısı olan ansambl 2011-12-ci illərdə Türkiyədə qastrol səfərində olub, 2015-ci ildə isə kollektivin rəqqasları Tailandda çıxış ediblər.

Ansamblın yubileyi təntənəli konsert proqramı ilə qeyd olunub. Azərbaycan Dövlət Ansamblının solisti Rauf Zenyalov və “Odlar Yurdu” ansabmlının müəllimləri Aqil və Aysel Cəfərovlar, eləcə də Sənubər İsmayılovanın səhnələşdirdiyi “Sarı gəlin” xoreoqrafik tamaşası izləyicilərə təqdim edilib. Tamaşadan öncə isə Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) Krasnoyarsk diyarı regional bölməsinin hazırladığı Azərbaycanın dekorativ incəsənəti, ədəbiyyatı və yaradıcılığına həsr olunmuş maraqlı sərgi və “Qarabağ çobanlarının rəqsi”, “Cücələr” və qadınların qavalla rəqsi kimi ansamblın sevilən nömrələrindən ibarət konsert proqramı hazırlanıb.

Tədbirdə Krasnoyarsk şəhərinin başçısı Edxam Akbulatov, Krasnoyarsk diyarı mədəniyyət nazirinin müavini Olqa Vasilenko, Krasnoyarsk diyarı Xalqlar Dostluğu Evinin direktoru Pyotr Suvorov, Əmək və Anlaşma Sarayının baş direktoru Valeriy Xatkeviç və digər qonaqlar iştirak edib. “Odlar Yurdu” ansabmlının müəllim heyəti və bədii rəhbəri Krasnoyarsk diyarı ərazisində Azərbaycan mədəniyyətinin qorunması və inkişafında göstərdikləri xidmətlərə görə təşəkkür məktubları və fəxri şəhadətnamələrlə təltif ediliblər.




Qaynaq: DİASPORLA İŞ ÜZR? DÖVL?T KOMİT?Sİ

Editör: K?mal?



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 5 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI