Bu gün...
Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb
Kanada Azərbaycan Tədqiqatları İnstitutu Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğvi ilə bağlı Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrova məktub ünvanlayıb.

facebook-paylas
Tarix: 22-05-2017 16:22
Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb

Məktubda Kanada Azərbaycan Tədqiqatları İnstitutunun Azərbaycanın ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsinin 15 may 2017-ci il tarixli qərarı ilə bağlı dərin narahatlığı ifadə olunub. “Rusiya və Azərbaycan arasında dərin dostluq münasibətləri və geniş əməkdaşlıq mövcuddur. Rusiyadakı  azərbaycanlıların  meydana çıxan yeni situasiyaların və qlobal problemlərin öhdəsindən gəlmək üçün Rusiyada belə bir Konqres təşkil etməsi vacib bir faktdır. Konqresin fəaliyyəti ilə Azərbaycan-Rusiya dostluğu və qarşılıqlı səmərəli əməkdaşlığı daha da güclənir və inkişaf edir. Konqres hər iki ölkəyə  dostluq əlaqələrinin daha da irəliləməsi, Rusiya və Azərbaycanda sülh və inkişafın daha da yüksəlməsi üçün stimul verib” - deyə məktubda bildirilib.

Məktubda  qeyd olunub ki, Ali Məhkəmənin bu qərarı olduqca ədalətsizdir və iki ölkə arasındakı strateji əməkdaşlığa ziddir. “Biz Rusiya hökumətini bu məsələyə müdaxilə etməyə çağırırıq” - deyə məktubda vurğulanıb.




Qaynaq: DİASPORLA İŞ ÜZR? DÖVL?T KOMİT?Sİ

Editör: K?mal?



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



2 + 5 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI