Bu gün...
Kərkükdə türkmən hərəkatı başladı
Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də keçirəcəyi müstəqillik referendumu məsələsində tarixi türkmən şəhəri olan Kərkük ikiyə bölünüb.

facebook-paylas
Tarix: 23-09-2017 15:06
Kərkükdə türkmən hərəkatı başladı

Türk mediası xəbər verir ki, burada yaşayan kürdlər referendumu dəstəkləyir, türkmən və ərəblərsə referenduma qarşıdırlar.

İraq Türkmən Cəbhəsinin nümayəndəsi Əli Mehdi bildirib ki, onlar referendumu boykot edirlər.

Onun sözlərinə görə, Kərkük şəhərində əhalinin 50 faizi referendumun əleyhinədir: “Türkmənlər 2003-cü ildən bu yana İraqın birliyi və bütövlüyünü müdafiə edir. Referendum qanuni olmadığı üçün onu boykot edirik”.

Artıq Kərkük şəhərində referendumun boykotu ilə bağlı ciddi işlər başlanılıb. İraq Türkmən Cəbhəsinin fəalları kənd-kənd gəzərək türkmənlərə bu referendumun məqsədi və onun türkmənlərə təsiri barədə geniş məlumat veriblər.

Kərkükün müxtəlif yerlərində “Referenduma yox!”, “Ölkəmizi bölmək istəyən referendumu rədd edirik!”, “Referendumda iştirak ölkənin bölünməsində iştirakdır” kimi şüarlara rast gəlmək olur.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 2 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI