Bu gün...
İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib
İsveçrədə Azərbaycanlıların Mədəniyyəti Dərnəyi Rusiya Federasiyasının Preizdenti, Rusiya Federasiyasının Ali Məhkəməsi, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat ünvanlayıb.

facebook-paylas
Tarix: 22-05-2017 16:27
İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib

Bəyanatda ÜAK-ın qeydiyyatının ləğvi məsələsi ilə bağlı dərin təəssüf hissi ifadə olunub. “İsveçrədə yaşayan azərbaycanlıları birləşdirən böyük bir təşkilat kimi bilirik ki, diasporla işin qurulması, vətənlə mədəni əlaqələrin qorunub saxlanılması çətindir. Ümumrusiya Azərbaycan Konqresinin də işinin necə çətin olduğunu bilirik”.

Müraiəctdə daha sonra deyilir: “İnsanların ruh yüksəkliyi ilə yaradılan, öz mədəni əlaqələrini qoruyub saxlayan və ölkənin qanunları ilə cəmiyyətdə harmoniya şəklində yaşamağı arzulayan bir təşkilat kimi sizi bu qərarın nəticələri barədə düşünməyə çağırırıq. Bu qərarla siz Rusiya Federasiyasının ərazisində yaşayan insanları dilini və mədəniyyətini öyrənməkdən, bayramlarını qeyd etməkdən və tarixi vətənlə mədəni  əlaqələrini qoruyub saxlamaqdan məhrum edə bilərsiniz”.

Bəyanatda Rusiya Federasiyasının dövlət strukturlarının bütün millətlərə və etnik qruplara tolerant münasibətini bilərək bu anlaşılmazlığın tezliklə həll olunacağına, Ümumrusiya Azərbaycan Konqresinin  yenə də Rusiyada Azərbaycan diasporunu  fəxrlə təmsil edəcəyinə  inam ifadə olunub.




Qaynaq: DİASPORLA İŞ ÜZR? DÖVL?T KOMİT?Sİ

Editör: K?mal?



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 2 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI