Bu gün...
İsveçdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib
İsveç Azərbaycanlıları Konqresi (İAK) və “Azərbaycan dünyası” jurnalının təşkilatçılığı ilə İsveçin paytaxtı Stokholmda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirib.

facebook-paylas
Tarix: 11-05-2017 11:35
İsveçdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib

İAK sədri Emil Mirzoev və “Azərbaycan dünyası” jurnalının baş redaktoru, “Dədə Qorqud” milli fondunun sədri Eldar İsmayılov tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin son 30 ildə Azərbaycanın müstəqilliyinin dirçəlişindəki rolunu, eyni zamanda ölkənin sosial-siyasi, iqtisadi və mədəni inkişafına verdiyi töhfələri vurğulayıblar.    

Tədbir iştirakçıları, həmçinin, qeyd ediblər ki, Azərbaycanın düşdüyü çətin sınaqlara baxmayaraq, özünün iti ağlı və parlaq siyasi vərdişləri sayəsində Heydər Əliyev ölkəni inkişaf və çiçəklənmə yoluna çıxara bildi.

Anım gecəsində “Heydər Əliyevlə unudulmayan görüşlər” adlı isveç dilində çapdan çıxmış avtobioqrafik kitab da iştirakçıların diqqətinə təqdim olunub. Kitabın müəllifi Emil Mirzoev vətənpərvərlik və uğurlu diaspor fəaliyyətinə görə “Vətən oğlu” ordeni ilə təltif edilib. Ordenin təsisçisi “Dədə Qorqud” fondu və “Azərbaycan dünyası” jurnalıdır.




Qaynaq: DİASPORLA İŞ ÜZR? DÖVL?T KOMİT?Sİ

Editör: K?mal?



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 2 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI