Bu gün...
İsrailin daha bir fantastik silahı
İsrail Müdafiə Ordusu (İDF) ölkə sərhədlərində dünyada ilk dəfə lazer əsasında hava hücumundan müdafiə sistemi yerləşdirməyə hazırlaşır.

facebook-paylas
Tarix: 24-02-2017 16:45
İsrailin daha bir fantastik silahı

Sistem Çaxal ordusunun imkanlarını artıraraq onlara Fələstinin “Həmas” təşkilatının atdığı raketləri lazerlə məhv etmək imkanı verəcək.

İsrail KİV-in yazdığına görə, bu sistem, həmçinin İsrailin məşhur “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi üçün trayektoriyası az olan minaatan bombalar, kiçik məsafəli raketlər və artilleriya mərmilərini “milçək kimi vurmaq” iqtidarına malikdir.

Hər iki sistem- “Dəmir günbəz” və “Dəmir şüa” İsrail Müdafiə Ordusu tərəfindən maliyyələşdirilən və ABŞ tərəfindən zəmanət verilən “Rafael Advanced Defense Systems Ltd” şirkəti tərəfindən yaradılıb.

“Rafael Advanced Defense Systems Ltd” şirkətinin rəsmisi mətbuata bildirib ki, yeni sistem lazer sahəsində davam edən beş illik araşdırmanın nəticəsidir.

Şirkətin mətbuat katibi Amit Zimmer vurğulayıb ki,“Yeni sistem “Ulduz müharibələri”ndəki futuristik texnologiyanın real versiyasıdır. Bu, olduqca dəqiq və istənilən zərbədən yayınmağa imkan verən texnologiyadır. Siz lazerlərdən istifadə edirsinizsə, deməli, limitsiz darağınız var”.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



7 + 9 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI