Bu gün...
İrandan diqqət çəkən 'Türkiyə' qadağası
Keçən günlərdə İran Liqasında oynanan Traktorsazi-Sepahan matçında Türkiyə lehinə şüarlar səslənmiş və İran dövlət televiziyası bu matçın yayımını kəsmişdi. İrandan bu hadisənin ardından diqqət çəkən daha bir açıqlama gəldi.

facebook-paylas
Tarix: 21-12-2016 08:13
İrandan diqqət çəkən 'Türkiyə' qadağası

Açıqlamada İran İdman Nazirliyi, idman federasiyalarından Türkiyəyə idman komandası və idmançılar göndərilməməsi tələb olunur.

İranın Ankaradakı səfirliyindən rəsmi xəbər agentliyi İRNA-ya edilən açıqlamada, qadağan qərarının "Türkiyədəki mövcud vəziyyət və təhlükəsizlik üzündən" alındığı qeyd edildi. Dünən isə İran Xarici İşlər Nazirliyi, vətəndaşlarına zərurət olmadığı halda Türkiyəyə səyahət etməmələrini tövsiyyə edib.

Tehran rəhbərliyi ayrıca Türkiyədəki Səfirliyini çərşənbə axşamı günü bağlayarkən, nümayəndəliklərini bu gün də bağlı tutacağını açıqladı.

Xatırladaq ki, İranın Əhvaz şəhərində təşkil edilən bir futbol müsabiqəsi zamanı tərəfdarlar, Hələbdəki qırğınlara etiraz edərək, Bəşər Əsəd əleyhinə şüarlar səsləndirmişdi. Təbrizdəki bir digər matçda isə Türkiyə lehinə şüarlar səsləndirildiyinə görə İran dövlət televiziyası yayımı kəsərək qarşılaşmalara senzura tətbiq etmişdi.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI