Bu gün...
İranda sünni məzhəbli fəal edam edilib
İranda hakimiyyətə qarşı silahlı mübarizə aparmaqda günahlandırılan sünni fəal, Seyid Camal Seyid Musəvi edam edilib. Hadisə bir neçə gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

facebook-paylas
Tarix: 28-08-2017 15:44
İranda sünni məzhəbli fəal edam edilib


İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, barəsində çıxarılan ölüm hökmünün icrasından bir həftə əvvəl təkadamlıq kameraya köçürülən sünni məzhəbli fəal, avqustun 24-ü sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib. Bildirilir ki, həbsxana məsulları müttəhimi edam etdikdən sonra onun meyitini ailəsinə verməkdən imtina ediblər. O, ailəsinin xəbəri olmadan gizli şəkildə naməlum bir qəbiristanlıqda dəfn edilib.

Seyid Camal Seyid Musəvinin ailəsi isə jurnalistlərə açıqlamalarında onun hakimiyyətə qarşı silahlı mübarizə apardığını rədd edərək bildiriblər ki, o, sadəcə olaraq eyni ittihamla bir ay əvvəl Sənəndəc zindanında edam edilən Şuriş Mehdi Xani adlı bir şəxslə dostluq etdiyinə görə ölümə məhkum edildikdən sonra dara çəkilib.

Son aylarda İranda edamların sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Edam edilənlərin əksəriyyəti isə narkotik maddə qaçaqmalçılığında və qətldə günahlandırılır.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI