Bu gün...
İrəvandakı aksiyada yeni mərhələ - Tələblər açıqlandı
"Sosna Tser" silahlı bandasının "çörəkdaşıyan"ı Artur Sərkisyanın müəmmalı ölümü ilə əlaqədar İrəvanda oturaq aksiyası keçirən fəallar hakimiyyətin qarşısında digər tələblər qoyduqlarını da bəyan ediblər.

facebook-paylas
Tarix: 19-03-2017 10:36
İrəvandakı aksiyada yeni mərhələ - Tələblər açıqlandı

Məlumata görə, martın 18-də axşam radələrində aksiya iştirakçıları qarşısında çıxış edən təşkilatçılardan biri Şaqen Arutyunyan hakimiyyətin onları aldatdığını deyib.

"Dünən biz hökumətin qarşısında konkret tələb qoymuşduq. Onlar isə bizim tələbimizə cavab verəcəklərinə söz vermişdilər. Amma indiyədək heç bir cavab yoxdur. Faktiki olaraq hökumət Artur Sərkisyanın "Yerablur" hərbi məzarlığında dəfnindən imtina edir", - deyə Arutyunyan əlavə edib.

Aksiya fəalı deyib ki, hökumətdən yalnız "çörək daşıyan"ın hərbi məzarlıqda dəfnini istəmirlər, digər tələblər də var. Onun sözlərinə görə, ictimaiyyətdə aksiyada yalnız bir tələbin irəli sürüldüyü haqda yanlış rəy formalaşıb. Arutyunyan deyib ki, nümayişçilər A.Sərkisyanın ölümündə günahkar olan cavabdeh şəxslərin cəzalandırılmasını istəyir. Eyni zamanda aksiya iştirakçıları 16 martda "Ermənistan" tibb mərkəzində ölən A.Sərkisyana qarşı haqsızlıqlara görə ədliyyə naziri və baş prokurorun vəzifəsindən azad olunmaısnı tələb edir.

Son məlumatlara görə, artıq hüquq mühafizə orqanları oturaq aksiyanı dağıtmaq üçün hərəkətə keçib.



XƏBƏR VİDEOSU





Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



2 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI