Bu gün...
Həbib Sasaniyan azadlığa buraxılıb
Təbrizin mərkəzi zindanında uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyan avqustun 28-də Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

facebook-paylas
Tarix: 29-08-2017 17:27
Həbib Sasaniyan azadlığa buraxılıb

Azərbaycanlı fəal 15 ay yarım qanunsuz olaraq saxlanıldıqdan sonra 350 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb, o bir qrup azərbaycanlı fəal tərəfindən coşqu ilə qarşılanıb.

H.Sasaniyan 2016-cı il mayın 15-də daha 5 azərbaycanlı fəalla birlikdə Ərdəbildə yaxalanıb. O yaxalandığı gündən bəri müvəqqəti olaraq həbsxanada saxlanılır. Digər fəallar bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Fəallar ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, əsassız etiraflar üçün ağır işgəncəyə məruz qalıblar.

Fəallar “Ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq” ittihamı ilə mühakimə olunub, lakin onlar irəli sürülən ittihamı qətiyyətlə rədd edib.

H.Sasaniyan zindanda qanunsuz və qeyri-müəyyən vəziyyətdə uzun müddət saxlanılması, həmçinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin məhkəmə prosesinə müdaxiləsinə etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib və səhhətində yaranan problemlərə görə həbsxananın poliklinikasına aparılıb. O Təbriz İnqilab Məhkəməsinin 3-ü Şöbəsində hakim Baqirpurun sədrliyi ilə keçirilən məhkəmə iclaslarına etiraz əlaməti olaraq qatılmaqdan imtina edib.

43 yaşlı H.sasaniyanın 11 və 15 yaşlı iki övladı var. O bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



6 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI