Bu gün...
Ermənistan cəbhədəki 8 hərbçinin ölümünü gizlədir
Martın 1-dən 13-nə qədər olan dövrdə cəbhə xəttində həlak olmuş 8 hərbçinin adını açıqlamaqdan boyun qaçıran Ermənistan Müdafiə Nazirliyinin bunu parlament seçkilərindən sonra edəcəyi gözlənilir.

facebook-paylas
Tarix: 19-03-2017 14:46
Ermənistan cəbhədəki 8 hərbçinin ölümünü gizlədir

Verilən məlumata görə, həmin itkilər sözügedən tarixlərdə erməni tərəfinin təxribatçı hərəkətləri nəticəsində verilib.

Məlumatda bildirilir ki,öldürülənlər mənzil-qərargahı Hadrut şəhərində yerləşən 1, 2, 4, 5 və 18-ci motoatıcı diviziyanın zabit və sıraviləridir.

Belə ki, martın 6–da Füzuli rayonunun işğal edilmiş Aşağı Əbdürəhmanlı kəndi yaxınlığında erməni tərəfi iki döyüşçüsünü, martın 9-da səhər Lələtəpə yüksəkliyi tərəfdə bir döyüşçüsünü, həmin günün axşamı Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında bir döyüşçüsünü, martın 11-də Xocavənd rayonu ərazisində bir döyüşçüsünü, martın 12-də günortadan sonra Lələtəpə yüksəkliyi tərəfdə bir döyüşçüsünü və Aşağı Əbdürəhmanlı kəndi yaxınlığında bir döyüşçüsünü, martın 13-də isə səhər Ağdam rayonunun Qarakənd kəndinin yaxınlığnda daha bir döyüşçüsünü itirib.

Çoxsaylı itkilər üzündən psixoloji gərginliyi aradan qaldırmaq üçün Ermənistan Müdafiə Nazirliyi bir qrup Qarabağ müharibəsi veteranını Lələtəpə və Aşağı Əbdürəhmanlı kəndi yaxınlığındakı mövqelərə ezam edib.



XƏBƏR VİDEOSU





Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



1 + 5 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI