Bu gün...
Çinin əbədi başağrısı:zamanında imperiya qurmuş uyğurların azadlıq mücadiləsi - Araşdırma
Çinin guya Suriyada fəaliyyət göstərən xüsusi təyinatlıları haqda məlumat siyasətdən uzaq adamlarda çaşqınlıq doğurur: o, orada nəyi yaddan çıxarb? Lakin Pekinin geopolitik dəlilləri göz qabağındadır.

facebook-paylas
Tarix: 23-08-2017 10:35
Çinin əbədi başağrısı:zamanında imperiya qurmuş uyğurların azadlıq mücadiləsi - Araşdırma

15-20 ildən sonra Çinin Afrikanın bütün sahilləri boyu – Cibuti, Mozambik, Namibiya, CAR və Anqolada hərbi-dəniz bazaları olacaq. Yevgeni Satanovski qeyd edir ki, Çin 2040-cı ildə fövqəldövlət kimi güclü okean hərbi sistemi ilə möhkəmlənəcək.

Hərbi-dəniz bazalarından başqa Çin ekspansiyasının sübutu onun Afrika ölkələri ilə ticarət dövriyyəsidir. Bu, 2016-cı ildə 220 milyard dollar olub. Müqayisə üçün: Rusiyanınkı həmin il 95 milyard dollar idi. Lakin ÇXR-in iddialı geopolitik layihələrinin gerçəkləşməsi üçün əsaslı bir əngəl var – yarım əsrdən artıq Çin Kommunist Partiyasına, ondan qabaq isə Homindan və Sin imperiyasına rahatlıq verməyən uyğur problemi. Əslində, Sin imperiyası XVIII əsrdə silah gücünə uyğurları da öz dövlətinə birləşdirib. Onlar o vaxtdan bəri istisnasız olaraq Çinin bütün hökmdarlarının başağrısıdır. Rus çarları üçün Polşa bu cür idi. Tutuşdurma təsadüfi deyil: hər iki muxtariyyət qüdrətli qonşuları tərəfindən işğala qədər dövlətçiliyə malik idi – özü də imperiya iddiası ilə. Hətta birləşdirilənlər başqa, metropoliya ilə kökündən seçilən mədəni-tarixi tipə məxsus idi, uyğurlar isə üstəlik antropologiya baxımından da çinlilərdən fərqlənirlər.



İmperiya ədalı muxtariyyət



Uyğurların artıq VI əsrdə öz yazısı var idi. Əvvəllər – IV əsrdə xaqanlıq, yəni imperiya yaratmışdılar. Çağdaş uyğurlar inanırlar ki, qədim əcdadları hələ antik dövrlərdə sivilizasiya formalaşdırıblar.

Uyğurlar vahid Monqolustan imperiyası dağıldıqdan sonra XIII əsrin ikinci yarısında Çaqatay ulusunun tərkibinə daxil olublar. O vaxtdan onların taleyi islamla qırılmaz şəkildə bağlıdır. Qərb monqol-oyratları XV əsrdə Cunqar xanlığını yaradıblar. Uyğurlar 1679-cu ildə onun tərkibinə girərək, əslində, fəal təcavüz siyasəti aparan imeriyanın tərkib hissəsi olublar. Demək yetər ki, cunqarların ordusu qazax və ruslara qarşı fəal hərbi əməliyyatlar aparıb – sonuncularla Sibirin cənubuna yiyələnmək uğrunda, həmçinin Tibetə yürüşlər həyata keçiriblər. Lakin cunqar hökmdarlarının əsas vəzifəsi Monqol dövlətinin bərpası olub, XVII əsrin dördüncü çərəyində bunun üçün Kerulen çayı hövzəsinə soxulublar və Sin imperiyası ordusu ilə silsilə döyüşlərdən sonra sonuncunun qələbəsi ilə başa çatan toqquşma burada baş verib. Bütün bunlar Cunqar xanlığının zəif iqtisadi bazasında baş verməklə onu qüvvədən saldı və 1759-cu ildə amansız müharibə nəticəsində mançjurların zərbəsindən süqut etdi.

Tarixə bu ekskurs ÇXR-in səkkiz milyon əhalisi olan (digər qaynaqlar 20 milyondan xəbər verir-tərc.) Sinzyan-Uyğur Muxtar Bölgəsində (SUMB) üzləşdiyi problemin üzlərindən birini anlamaq üçün zəruridir. Birincisi, Səmalar ölkəsinin tərkibinə zəngin dövlət ənənəli xalq daxil olub. İkincisi, o, başqa – islam sivilizasiyasına məxsusdur ki, bu da onun olduqca özünəməxsus Çin cəmiyyətinə ilhaqını faktiki olaraq mümkünsüz edir. Bu amilə önəm verməmək olmaz. Çində dövlət eyniyyətçiliyi kimi tərcümə edilən və hər şeydən öncə tarixi inkişafın özünməxsusluğu və təbii-coğrafi şərait, mədəniyyətin sırf milli cizgiləri və yerli əhalinin etnik özünüdərki kimi şərh edilən “qotsin” anlayışı var.

Demək lazımdır ki, uyğurlar müstəqilliyin itirildiyi ilə barışmayıb və Çin ağalığına qarşı dəfələrlə üsyan qaldırıblar. Lakin hamısı bu və ya digər səbəbdən məğlubiyyətlə bitib. Əlbəttə, uyğur və çinlilərin mədəni-sivil bənzərsizliyinə baxmayaraq birincilərin müstəqillik perspektivlərindən danışmaq mənasızdır – Pekin SUMB-də istənilən separatçı hərəkatı boğacaq. Amma Səmalar ölkəsi bu qədər narahat xalqa qarşı siyasətini dəyişə, uyğurları Çin cəmiyyətinə ilhaq deyil, bu qədər bənzərsiz iki etnosun dinc yanaşı yaşamaq prosesini yoluna qoya bilər.

Mərkəzin SUMB-dəki siyasəti bu yaxınlara qədər yetərincə ayrı-seçkilik səciyyəli idi. Demək kifayətdir ki, bölgədə əsas vəzifələri yoxsulluqla lazımi dərəcədə mübarizə aparmayan və köklü əhalinin savadını artırmaq üçün ciddi səylər göstərməyən çinlilər tuturdular. Lakin indiki hökumət problemi görür və bölgədə durumun yayılmasına yol verməməyə cəhd edir. Uyğur dilində qəzetlər, tele-radio verilişləri yayımlanır, müsəlmanlar üçün kafe və restoranlar var.


Böyük İpək yolundakı dəmir qardaşlar


İçində uyğurların hələlik nisbətən az olduğu (müxtəlif məlumatlara görə, 100-dən 300 nəfərə qədər) İŞİD döyüşçülərinə qarşı durmağa gəlincə, Yevgeni Primakovun hələ 20 il əvvəl dediyi Rusiya, Çin və Hindistanın başqa şəraitlərdə çətin gerçəkləşıdiriləcək alyansı da məhz burada mümkündür. Çünki bu üç fövqəldövlət terrorçular üzərində qələbədə cani-dildən maraqlıdır. Tarixçi Aleksey Volınetsin hesab etdiyi kimi, başqa bir məsələdir ki, islam radikalizminin dünya sponsorlarının uyğurlara birbaşa və açıq dəstək verəcəklərini güman etmirəm, çünki “Pekin öz müttəfiqi Pakistana ciddi texniki, hərbi və iqtisadi dəstək verir. Səudiyyə Ərəbistanı qoşunları Çin ballistik raketləri ilə komplektləşdirilib, bu islam monarxiyasında 150 min ÇXR vətəndaşı yaşayır və işləyir. Pekin isə yalnız ABŞ və Yaponiyadan cüzi geridə qalmaqla Səudiyyə neftinin əsas istehlakçılarından biridir. Pakistan atom bombası Çin mütəxəssislərinin yardımı və Səudiyyənin pulları ilə hazırlanıb. Aydındır ki, bütün islamçıların Səudiyyə Ərəbistanından baş sponsorları bu cür şəraitdə uyğurlara dəstəklə Çinlə qarşılıqlı münasibətləri korlamaq istəmirlər”.

ÇXR-lə Pakistanın qarşılıqlı münasibətləri haqda daha ətraflı. Bu yaxınlarda siyasi leksikonda “dəmir qardaşlar” termini meydana çıxıb. Bu, Pekin və İslamabad haqqındadır. Onlar 2015-ci ildə 46 milard dollar məbləğində onlarla ticari, iqtisadi, hərbi-texniki və s. müqavilələr bağlayıb, İpək Yolunun dirçəldilməsi, birgə kosmik araşdırmalar və əməkdaşlığın digər növləri haqda razılaşıblar.

İpək Yolu məhz SUMB ərazisindən keçir və İslamabad şərq qonşusunun separatçılara qarşı bütün sərt tədbirlərini rəsmi səviyyədə dəstəkləyir, hətta arabir Türküstan İslam Partiyasının döyüşçülərinə qarşı əməliyyatlar keçirir.

Əmin olmaq üçün xəritəyə baxmaq kifayətdir: uyğurların müstəqillik ideyasının özü utopikdir. Aşkardır ki, hətta Çindən hipotetik ayrılma halında Pakistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan sərhədlərinə xəyali və yaxud zəif nəzarət müqabilində yeni yaranmış dövlət nəsə Əfqanıstan, İraq və yaxud Liviyaya oxşar bir şeyə, yəni İŞİD-in daha bir ön istehkamına – amma bu dəfə Orta Asiyanın lap şərqində – çevriləcək. Tarix də ondan xəbər verir ki, qalib gəlmiş qruplaşmalar mütləq bir-biri ilə mübarizəyə başlayır, əldə edilmiş müstəqillik axıcı şəkildə vətəndaş müharibəsinə və ərazinin sonrakı parçalanmasına dönüşür.

İncə mübarizə


Bu, əsla bildirmir ki, uyğur separatizimi problemi ÇXR-in bütövlüyü üçün təhlükə yaratmır. Çünki sözügedən müsəlman dövlətləri rəsmi hökumətlərinin mövqeyi bir məsələdir, döyüşçülərin, o cümlədən İŞİD-də komanda vəzifələrini tutanların dünyaqavramı başqa bir məsələdir. Dünya isə onlar üçün Orta Əsrlərdəki kimi iki yerə bölünür: Dar-əl-İslam, yənin İslam ərazisi və Dar-əl-Hərb – müharibə ərazisi.

SUMB bu cür kateqoriyalarla düşünənlər üçün tamamilə Dar-əl-Hərb sayıla bilər, çünkin kafirlər tərəfindən işğal olunub. Bu cür mövqe izah ediləndir, axı yaraqlılar vurğulayırlar ki, təkcə uyğurların hüquqları uğrunda vuruşmur, o qədər də müsəlmanları müdafiə edirlər. Buna görə də Pekinin vəzifəsi olduqca incədir: uyğu separatizmi ilə mübarizə islam dünyası ilə qarşıdurmaya çevrilməməlidir. Ən azı, onun ən önəmli, lakin ən təcavüzkar hissəsi ilə.

…Daha mühüm məqam: uyğurların müstəqillik əldə etdikdən sonra öz dövlətlərini yaratmaqla qane olacaqları və Çin ərazisinin bir hissəsini ilhaq etməyəcəklərini və hətta nəzarətlərində qalmış ərazidə Çin əhalisini zorla islamlaşdırmayacaqlarını düşünnək bir qədər sadəlövhlük olardı. Örnəklər olub. Deməli, 1933-cü ildə qaldırılmış növbəti üsyan zamanı uyğurlar mərkəzi administrasiya məmurlarını məhv, qarnizonları alt-üst və Çinin dinc əhalisini islama tapınmağa məcbur edib.

Uyğur separatizmi ilə mübarizədə Çinin potensial müttfəqlərinin adını çəkməklə onun düşmənlərini də, hər şeydən əvvəl ABŞ-ı xatırlamağına dəyər. Nə üçün?

Ştatlarda yaşayan məşhur çinli iqtisadçı Li Mintsi yazır: “Çində kapitalist yığımı son onilliklərdə ucuz işçi qüvvəsinin müntəzəm istismarı, Qərb bazarlarına çıxış və ekologiyanın pisləşməsi hesabına baş verib. İndi bu şərtlərin hamısı pozulub. Bu – çıxış nöqtəsidir”.

Sirr deyil ki, Vaşinqton Səmalar ölkəsinin ucuz işçi qüvvəsi bazarlarına çıxışını bağlamaq və Pekinin israrla dirçəltdiyi Böyük İpək Yolunu dağıtmağa cəhd edir. Buna görə də güman etmirən ki, amerikaklılar uyğur kartını oynamaq məmnunluğundan imtina edərlər. Bölgədəki sabitsizlik isə məhz Hindistan, Çin və Rusiyanın maraqlarına zərbədir…




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



2 + 8 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI