Bu gün...
BP şirkətinin nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub
Əvvəlcə qonaqlara STP haqqında ümumi məlumat verilib. Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir.

facebook-paylas
Tarix: 13-07-2017 20:02
BP şirkətinin nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub

Daha sonra STP-nin baş direktoru Emin Məmmədovun da iştirakı ilə geniş tərkibli görüş keçirilib. İki şirkət arasında əlaqələr müzakirə olunub. Qonaqlar “Şahdəniz-2” layihəsində STP-nin iştirakını xüsusi vurğulayıblar və bu cür əməkdaşlıqların davamlı olmasında maraqlı olduqlarını bildiriblər.

Baş direktor da çıxışı zamanı iki şirkət arasında əlaqələrin daha da genişləndirilməsindən yana olduqlarını qonaqların diqqətinə çatdırıb. Qeyd edib ki, STP-nin tərkibində olan müəssisələr istehsal etdiyi yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulları və xidmətləri ilə istənilən layihədə uğurla iştirak etməyə hazırdır.

Görüşdən sonra BP şirkətinin nümayəndə heyəti istehsal prosesi ilə yaxından tanış olmaq üçün müəssisələri gəziblər. İstehsal olunan məhsullar haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.    




Qaynaq: Ocaq TV

Editör: Kemale



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



7 + 7 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI