Bu gün...
Bert Koenders: “Çavuşoğlu lalələri görməyə gələ bilər”
“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu referendum üçün türk cəmiyyətindən səs istəməyə gəlsə, xoş qarşılanmayacaq”,

facebook-paylas
Tarix: 10-03-2017 16:31
Bert Koenders: “Çavuşoğlu lalələri görməyə gələ bilər”

bu barədə Niderland hökumətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, ölkənin xarici işlər naziri Bert Koenders türkiyəli həmkarına zəng edərək səfərə qarşı olduqlarını və gələcəyi halda rəsmi qarşılanmanın olmayacağını bildirib.

Açıqlamada baş nazir Mark Ruttenin dünən Brüsseldə keçirdiyi mətbuat konfransında mövzu ilə bağlı sözləri də xatırlanıb:

“Məsələ Çavuşoğlunun Niderlanda gəlməsi deyil. Mauritius muzeyini, ya da bu mövsümdə açıbsa,burda lalələri görməyə gələ bilər. Amma siyasi toplantıların keçirilməsini istəmirik."

Niderlandın Rotterdam şəhərinin səlahiyyətliləri də Türkiyənin xarici işlər nazirinə türklərə müraciət etmək üçün icazə verməyib. Çavuşoğlu isə bütün maneələrə və irqçi ifadələrə baxmayaraq Rotterdama gedəcəyini bildirib.






YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



6 + 1 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI