Bu gün...
BBC-farsi Güney Azərbaycanı Qərb əyalətini Kürdüstan adlandırıb
Məşhur mətbuat orqanı BBC-farsi Güney Azərbaycan əleyhinə olan mövqeyini bir daha nümayiş etdirib.

facebook-paylas
Tarix: 24-08-2017 19:02
BBC-farsi Güney Azərbaycanı Qərb əyalətini Kürdüstan adlandırıb

Məlumata görə, BBC-farsinin Telegram Kanalı Güney Azərbaycan Əyalətinin Makı şəhəri sakini olan bir şələçi (kulbər, gecə saatlarında bellərində qaçaqmal daşıyanlara deyilir) kürd haqda yaydığı xəbərdə Güney Azərbaycanın bu bölgəsini Kürdistan kimi təqdim edib.

Güney Azərbaycan ərazisini Kürdistan kimi qələmə vermək faktı sözügedən mətbuat orqanında ilk dəfə deyil. Ötən il BBC-farsi saytı “İran Kürdistanının müstəqilliyi üçün referendum təklifi” adlı raport hazırlamışdır. Video şəklində təqdim olunan raportda böyük Kürdistanın xəyali xəritəsi nümayiş etdirilib, Güney Azərbaycanın Qərbi ərazisi bütünlüklə Kürd bölgəsi kimi göstərilmişdir.
Makı Azərbaycanın qədim tarixə malik olan şəhərlərindən biridir. Bu şəhər Türkiyə sərhəddində yerləşir.

PKK kimi terror qruplaşmaları və onların əlaltıları bir çox mətbuat orqanına nüfuz edərək öz gizli planları uğrunda fəaliyyət aparırlar. Bəzən belə faktlara dünya şöhrətli media orqanlarında da rast gəlmək mümkündür.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 4 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI