Bu gün...
Baş direktor: “Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir”
“Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin tikintisi planlaşdırılandan daha sürətlə davam edir”.

facebook-paylas
Tarix: 13-03-2017 15:32
Baş direktor: “Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir”

Bunu“Al Jazeera” telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

TANAP-ın davamı olan TAP kəməri ilə Avropaya təbii qazın 2020-ci ildə nəql olunacağını bildirən S.Düzyol qeyd edib ki, siyasi çağırışlar layihələrin icrasına təsir etmir.

“TANAP Bakıdan İtaliyaya qədər uzanan 3500 kilometrlik qaz borusu zəncirinin mərkəzi halqasıdır. Biz bunu Cənub Qaz Dəhlizi adlandırırıq və bu layihənin ümumi dəyəri 40 mlrd. dollar təşkil edir. Layihənin uğurlu olması onun komponentlərinin uğurlu olmasına bağlıdır. TANAP mərkəzi halqa olduğu üçün kritik əhəmiyyətə malikdir. TANAP qarşıdakı illərdə Türkiyənin qaza olan tələbatını ödəyəcək. Eyni zamanda layihə uzunmüddətli perspektivdə Azərbaycanın strateji maraqlarına xidmət edəcək. Ümumilikdə, çətinliklər olsa da, inşaat işləri sürətlə davam edir”, – deyə S.Düzyol bildirib.

 




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



8 + 1 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI