Bu gün...
Azərbaycanlılar yox edilir: bu şəhər kürdləşdirilir
İŞİD-dən mühafizə bəhanəsi ilə Kərkükü nəzarəti altına alan İraq Kürd Muxtar Vilayəti türkman şəhərində öz fəaliyyətini rəsmiləşdirməyə çalışır.

facebook-paylas
Tarix: 17-03-2017 18:36
Azərbaycanlılar yox edilir: bu şəhər kürdləşdirilir

Muxtar vilayət artıq şəhərdə Kürdüstan bayrağının ucaldılması üçün hazırlıqlara başlayıb. Belə ki, Kərkük valiliyinin Novruz bayramı münasibəti ilə Kərkükdə hökumət binaları qarşısında İraq bayrağı ilə yanaşı, Kürdüstün bayrağının da dalğalandırılması təklifi şəhər məclisinin müzakirəsinə çıxarılıb.

Kürdüstan bayrağı məsələsinə qarşı isə təkcə ərəblər və türkmanların yox, həm də İraq hökumətinin də çıxdığı bildirilir. Artıq ərəb və türkmanlar bu qərarın bölgədə yeni toqquşmalara səbəb olacağını bildiriblər. Kərkükün hazırkı valisi Nəcməddin Kərimin İraqın eks-prezidenti Cəlal Tələbaninin Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) üzvü olduğunu xatırladan ərəb və türkmanlar Kürdüstan bayrağı məsələsinin ləğv edilməsini tələb ediblər.

Məsələ ilə bağlı  açıqlama verən İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin keçmiş rəhbəri Mahmud Kasaboğlu Kərkükdə bütün kürd təşkilatlarının bir yerdə hərəkət etdiyini bildirib:

“Biz illərdir bu nöqtəyə gəlinəcəyini anlatmağa çalışdıq.Lakin bunları Türkiyə hökumətinə başa sala bilmədik. İndi isə məsələ dediyimiz istiqamətdə gedir. Kərkükdə türkmanlara qarşı hiyləgər siyasət tətbiq edilir. Bir neçə gün öncə Kərkükdəki türkman biznesmenlərə sui-qəsdlər təşkil edildi. Bölgədə bir Türkman qırğını yaşanır”.

Həmçinin Kərkükdə rəsmi yazışmaların da dəyişdirildiyi bildirilir. Belə ki, Kərkük valisi Nəcməddin Kərimin əmri ilə bölgədəki bütün rəsmi yazışmalar kürdcə və ərəbcə aparılacaq.

Qeyd edək ki, həm kürdlər, həm də türkmanlar Kərkükü özlərinin mədəni mərkəzi hesab edirlər. 1997-ci ildəki rəsmi statistikaya əsasən, vilayətin 72%-ni ərəblər, 21%-ni kürdlər, 7%-ni türkmanlar təşkil edir.

İraq hökumətinin 1959-cu ildə elan etdiyi son göstəricilərinə görə isə, İraq əhalisinin təxminən 9%-ni yəni 567,000 nəfərini türkmanlar təşkil ediblər. Statistikada həmçinin Kərkük vilayətindəki əhalinin yarıdan çoxu yəni 180,000 nəfər türkmanlar, 1/3-i isə kürdlər olaraq göstərilib. Digər sonrakı1977, 1987, 1997-ci illərdəki siyahıya almalarda isə tükmanlar ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən azaldılıb. Üstəlik, həm Səddam Hüseyn, həm də ondan sonrakı dönəmlərdə şəhərə kütləvi şəkildə ərəb və kürdlərin köçü təşkil edilib.

Xatırladaq ki, türkmanlar Azərbaycan türkləridir.



XƏBƏR VİDEOSU





Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



5 + 3 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI