Bu gün...
Azərbaycanlılar etiraza başladı: Qərar ləğv edilsin!
İran Təhsil Nazirliyinin psixi pozuntuları və ləhcəsi olan şəxslərin təhsil sahəsində işləyə bilməməyi haqqında qərarı ictimaiyyət tərəfindən etirazla qarşılanıb.

facebook-paylas
Tarix: 30-08-2017 14:42
Azərbaycanlılar etiraza başladı: Qərar ləğv edilsin!

 “Yolpress”xəbər verir ki, etirazçılar bu qanunun tamamilə səhv olduğunu və ləğvini tələb edirlər.

Bu qərarın təsdiqindən sonra xalq və bir neçə millət vəkili dünya ölkələrində əlillərin belə müəllim kimi işlədiklərini əsas gətirərək, qərarın ləğvinin vacib olduğunu bildiriblər.

Dünən gecədən etibarən azərbaycanlılar İnstaqram və Tvitterdə #Mənimləhcəmvar haştaqları ilə yazılar paylaşaraq qanun layihəsinə etiraz ediblər.

Onlara İranda yaşayan bir çox etnik qruplar da dəstək olub, hər bir millətin ləhçəsindən aslı olmayaraq, bacarıqlarının lazimi dəyərləndirilməsinin vacib olduğunu, bu qərarın etnik separatizmə səbəb olacağını qeyd ediblər.

Qeyd edək ki, bir müddət əvvəl İran Təhsil Nazirliyi türk (Azərbaycan) ləhcəsində danışan, bir sıra xəstəliklərdən əziyyət çəkən şəxslərin müəllim ola bilməyəcəyini bəyan etmişdi.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



9 + 6 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI