Bu gün...
Azərbaycanlı fəal yazdığı statusa görə 5 milyon cərimələndi
Azərbaycanlı milli-mədəni fəal Rəhim Zarei Kəleybər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.

facebook-paylas
Tarix: 29-08-2017 17:32
Azərbaycanlı fəal yazdığı statusa görə 5 milyon cərimələndi

Belə ki, azərbaycanlı fəal Rəhim Zarei irəli sürülən ittihamlardan özünü müdafiə etmək üçün məhkəməyə dəvət edilib.

Babək qalasındakı (Bəzz qalası) tədbirdə iştirak etdiyinə görə tutulan, lakin sonra 500 milyon riallıq zamin qarşılığında sərbəst buraxılan fəala aid Təbriz Cəza Məhkəməsinin 103-cü Şöbəsində daha bir dosye olub. Dosye fəalın digər azərbaycanlı fəal Murtaza Muradpurun aclıq aksiyası ilə bağlı sosial şəbəkələrdə xəbər yayması ilə əlaqədardır. Məlumata görə, məhkəmə R.Zareini yalan xəbər yaymaqda ittiham edərək, barəsində 5 milyon rial nağd cərimə qərarı çıxarıb.

Qeyd edək ki, iyunun 30-da Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasına (Bəzz qalası) azərbaycanlılar onlara qarşı ayrı-seçkiliyə son qoyulması və siyasi məhbusların azad edilməsi məqsədi ilə yürüş etmişdilər. Yürüşdən sonra azərbaycanlılar İran hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalmışdı.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



3 + 9 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI