Bu gün...
Azərbaycanda yeni dövr başlayacaq - Yerusəlim Post
Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra ölkə tarixində yeni dövr başlayacaq, yeni islahatlar və böyük nailiyyətlər əldə olunacaq.

facebook-paylas
Tarix: 08-04-2018 11:08
Azərbaycanda yeni dövr başlayacaq - Yerusəlim Post

Bu fikirlər İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun ingilis dilli "The Jerusalem Post" qəzetində dərc edilmiş məqaləsində yer alıb.

Ekspertin sözlərinə görə, Azərbaycanda prezident seçkiləri ən yüksək səviyyədə, etimad və şəffaflıq şəraitində keçiriləcək, çünki ölkə bunun üçün bütün səyləri göstərir.

Ekspert qeyd edir ki, Azərbaycan seçki prosesinin təşkilində böyük təcrübəyə malikdir: "Bu, çox mühüm siyasi hadisədir. Biz seçkilərdə Azərbaycan xalqının yüksək fəallığının həmişə şahidi olmuşuq. Mən şübhə etmirəm ki, azərbaycanlılar bu dəfə də seçkilərdə fəal olacaq. Bu gün Azərbaycan ictimaiyyəti anlayır ki, qarşıdakı seçkilər təkmilləşdirilmiş qanunvericilik və seçkilərin təşkilində daha geniş təcrübə əsasında keçiriləcək".

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü ölkədir və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşıdır: "Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil siyasəti xarici siyasət kursunun təməl daşıdır. Müstəqil xarici siyasət ilk növbədə bütün ölkələrlə bərabərhüquqlu münasibətlərin qurulması üçün çalışdmağa əsaslanır".

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.




Qaynaq: ocaq tv

Editör: surxay



YORUMLAR

Hləlik yorum ələavə edilməmişdir.Bu Xəbər'i ilk siz yorumlayın.

YORUM YAZ



4 + 1 =

YORUM YAZ

FACEBOOK YORUM
Yorum

İLGİNİZİ ÇƏKƏBİLƏCƏK BAŞQA XƏBƏRLƏR
FOTO GALERİ
ÇOX OXUNAN XƏBƏRLƏR
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
VİDEO GALERİ
SON XƏBƏR YORUMLARI
YUKARI